Icma.az
close
up
RU
Emin “DreamFest”ə nə qədər pul ayırıb?

Emin “DreamFest”ə nə qədər pul ayırıb?

Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Emin “DreamFest”ə nə qədər pul ayırıb?

Xalq artisti Emin Ağalarov jurnalistlərə Bakıda 23–26 iyul tarixlərində keçiriləcək “DreamFest”lə bağlı təfərrüatları açıqlayıb.

OLAY yazır ki, jurnalistlərlə görüş keçirən Ağalarov bildirib ki, bu il festivalda çıxış edəcək sənətçilərin sayı bir qədər az olacaq. 

Bu qərar tədbirin bir gün azaldılması ilə əlaqədardır və əsas səbəb mürəkkəb logistika məsələləridir.

“Bu dəfə xarici ifaçıların sayını azaltmağa qərar verdik. Onların texniki tələbləri çox olur, dəyişikliklər vaxt alır və bu da festivalın tempinə təsir edir. Bu il festivalı bir səhnə üzərində keçirməyə qərar verdim və həmin səhnə daha böyük olacaq. Bütün çıxışlar bu səhnədə olacaq. Elə sayda sənətçi seçmişik ki, texniki dəyişikliklər zamanı fasilələr minimum olsun”, – deyə Ağalarov bildirib.

O hesab edir ki, bu il festival daha dinamik keçəcək – ifaçılar az olsa da, onların çıxışları daha uzun olacaq. Onlar 2-3 deyil, 4-5 mahnı ifa edəcəklər və bu da konserti daha dolğun edəcək. Məsələn, amerikalı müğənni Nikol Şörzinger tam proqramla çıxış edəcək.

“Festivalda ötən il iştirak etməyən bir çox yeni sənətçi olacaq. Ən əlamətdar tədbirlərdən biri Müslüm Maqomayevə həsr olunmuş axşam olacaq. Dostum və tərəfdaşım Timur Vaynşteynlə konsertin konsepsiyasını müzakirə etmişik. Bu dəfə Maqomayevin mahnılarını gənc ifaçılar səsləndirəcək. Bu, mənim üçün yəqin ki, ən mənalı axşamdır və onu qaçırmaq olmaz”, – deyə o qeyd edib.

Hazırda bir çox ifaçılarla danışıqlar aparılır. Onlardan biri – Elvis Preslinin dul xanımı, aktrisa Prissilla Preslidir. Əgər o razılaşsa, Sea Breeze-dəki Şöhrət xiyabanında Elvis Preslinin adına ulduzun qoyulması mərasimində iştirak edəcək.

Ağalarov bildirib ki, ötən il təşkilatçılar festivala 8 milyon dollardan artıq pul ayırmağı planlaşdırırdı, lakin nəticədə büdcə 14,5 milyon dollara çatıb. Gözlənilməz xərclər səbəbindən layihə zərərə uğrayıb. Buna görə də festivalı bir gün azaltmaq qərarına gəliblər. Hər günün yalnız prodakşn hissəsi təxminən 1,5 milyon dollara başa gəlir.

“Əsas xərclər səhnə avadanlıqları, səs, işıq, logistika və personal ilə bağlıdır. Bir günü ixtisar etməklə bu xərclər bir qədər azalacaq. Amma buna baxmayaraq, festival yenə də zərərli olacaq. Bu layihə Sea Breeze-in tanınması və populyarlaşması üçün güclü bir alətdir. İnsanlar dünyanın müxtəlif yerlərindən Bakıya gəlir, bəziləri buranı bəyənib burada mənzil alırlar”, – deyə o izah edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://olay.az
archiveBu xəbər 21 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri