Emin Əmrullayev: “500 dən artıq gənc qalib gəlib, olimpiada hərəkatı genişlənir”
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il keçirilən Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən, 500-dən artıq şagird qalib adını qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında bildirib.
Nazir bu münasibətlə gəncləri təbrik edərək onların əldə etdiyi uğurları yüksək qiymətləndirib.
E.Əmrullayev bildirib ki, Azərbaycanda olimpiada hərəkatı ildən-ilə genişlənir və bu sahəyə maraq artmaqdadır:
“Respublika Fənn Olimpiadaları ölkəmizdə təhsil və intellektual inkişaf baxımından mühüm rol oynayır. Sevindirici haldır ki, hər il daha çox şagird bu prosesə qoşulur və beynəlxalq səviyyədə də ölkəmizi uğurla təmsil edir.”
Nazir çıxışı zamanı bu prosesin ardıcıl olaraq davam etdiriləcəyini və daha geniş miqyasda həyata keçiriləcəyini qeyd edib.
Əli Hüseynov
Baxış sayı:38
Bu xəbər 24 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















