Icma.az
close
up
RU
Emin Əmrullayev Avropa çempionu olan tələbələrlə görüşdü FOTOLAR

Emin Əmrullayev Avropa çempionu olan tələbələrlə görüşdü FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə görüşüb.

"Unikal" xəbər verir ki, nazir tələbə-idmançıları əldə etdikləri qələbə münasibətilə təbrik edib, onların bu uğurunu həm ali təhsilin idman sahəsində beynəlxalq səviyyədə tanıdılması, həm də ölkəmizin gənclərinin potensialının nümayişi baxımından yüksək qiymətləndirib. Emin Əmrullayev bildirib ki, tələbə və gənclərin həm təhsil, həm də idman sahəsində fəal iştirakı, mütəmadi təşkil edilən liqa və turnirlərdə formalaşan sağlam rəqabət mühiti onların inkişafında mühüm rol oynayır. Nazir tələbə futbolçulara bundan sonra da həm təhsildə, həm də idmanda uğurlar arzulayıb.

Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, 2023-cü ildə təsis edilmiş Azərbaycan Tələbə Liqası tələbələr arasında yarışların keçirilməsinə, idmanda istedadlı gənclərin üzə çıxarılmasına və onların beynəlxalq arenalara hazırlanmasına böyük töhfə verib. Nazir müavini vurğulayıb ki, bu yarışlar sayəsində formalaşan tələbə komandamız bu gün Avropa çempionu olaraq ölkəmizin təhsil və idman həyatında tarix yazıb. Nazir müavini tələbələrin qələbəsini Azərbaycanın ali təhsil sisteminin nailiyyəti kimi qiymətləndirib, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən komanda üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda komandanın adından elm və təhsil nazirinə xatirə futbol köynəyi təqdim olunub.

Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib.

Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.

Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri