Emin Əmrullayev: “Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atıb”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
O, tarixi qələbə münasibəti ilə komandanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".
Qeyd edək ki, Azərbaycan basketbolçuları bir gün öncə Bosniya və Herseqovina millisini 83:81 hesabı ilə məğlub edib. Yığmamız qrupda növbəti oyunu bu gün Ukraynaya qarşı keçirəcək.
İdman.biz
Baxış sayı:90
Bu xəbər 05 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















