Emin Əmrullayev: Azərbaycanda qeyri qanuni diplom almaq fərasət sayılır
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
"Bizdə bir çox adamlar hansısa xarici universitetə gedəndə, əslində, səhv yerə getdiyini bilir, amma yolundan dönmür".
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bəzən hansısa xaricdə "təhsil alan" tələbə həmin ölkənin dilini belə bilmir, amma diplomunun tanınmasını istəyir. Biz isə diplomu tanımayanda narazı qalır. Bizim işimiz odur ki, heç kimin qanunsuz aldığı diplomunu tanımayaq. Qeyri-qanuni diplom alanlara ictimai qınaq lazımdır. Təəssüf ki, Azərbaycanda qeyri-qanuni diplom alanlara ictimai qınaq yoxdur. Bizdə qeyri-qanuni diplom almaq fərasət sayılır. Bu, belə olmamalıdır", - nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Sentyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















