Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, 2024-cü ildə məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 təhsil müəssisəsi rasionallaşdırılıb: “Bu proses nəticəsində həmin məktəblərdə qalan şagirdlər və müəllimlər yaxınlıqdakı digər məktəblərə yönləndirilib. Rasionallaşdırma prosesi müxtəlif meyarlar əsasında aparılıb. Bunlara əhalinin artım dinamikası, coğrafi əlverişlilik, məktəblərin infrastrukturu, siniflərin komplektləşdirilməsi, ən yaxın məktəbə qədər məsafə, həmçinin şagird və müəllim sayı daxildir”.
Emin Əmrullayev qeyd edib ki, nazirlik 2025-ci ildə 130-a qədər ümumi təhsil müəssisəsinin rasional idarə olunması ilə bağlı tədbirlərin davam etdirilməsini planlaşdırır: “Bu addımlar təhsil sistemində resursların daha səmərəli istifadəsinə və şagirdlərin keyfiyyətli təhsil imkanlarına çıxışını yaxşılaşdırmağa xidmət edir”.
Baxış sayı:133
Bu xəbər 06 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















