Emin Əmrullayev beynəlxalq əməkdaşlıqda təhsilin rolundan danışıb
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan təhsilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi yanaşır, bu siyasətin əsas mexanizmlərindən biri isə əcnəbi tələbələr üçün qrant proqramlarıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.
Onun sözlərinə görə, 2018-2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün xüsusi təhsil qrantı proqramları 200-ə yaxın əcnəbi tələbənin Azərbaycanda ali təhsil almasına imkan yaradıb.
Bu təcrübə əsasında 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yeni, daha genişmiqyaslı təşəbbüs - Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı təsis edilib.
Proqram beş il müddətinə nəzərdə tutulub və 500 əcnəbi tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı verir.
Onun icrasının ilk ilində qrantlar 35 ölkədən 100 tələbəyə verilib. Növbəti ildə proqramın coğrafiyası 51 dövlətə qədər genişlənib.
"Bu göstəricilər vacibdir, lakin belə proqramların dəyərini yalnız rəqəmlərlə ölçmək mümkün deyil", - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















