Emin Əmrullayev: Müəllimlərin 32 faizi 18 24 saat dərs yükü ilə çalışır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Statistikaya görə, 0–6 saat dərs yükü olan müəllimlərin sayı 3487 nəfərdir və onlar ümumi müəllim kontingentinin cəmi 3 faizini təşkil edir. Bu kateqoriyada orta aylıq əməkhaqqı 210 manatdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
O bildirib ki, müəllimlərin ən böyük qismi 18–24 saat dərs yükünə malik olan kateqoriyaya daxildir:
“18–24 saat dərs deyən müəllimlərin sayı 38 min 711 nəfərdir. Bu, ümumi müəllimlərin 32 faizidir. Onların orta əməkhaqqı 979 manat təşkil edir”.
Emin Əmrullayev qeyd edib ki, digər kateqoriyalar üzrə də vəziyyət kifayət qədər müxtəlifdir:
“6–12 saat dərs yükü olan müəllimlər 14 134 nəfər, 12–18 saat arası dərs deyənlərin sayı isə 24 878 nəfərdir. Bundan əlavə, 24–30 saat dərs yükü olan 22 351, 30–36 saat arası dərs deyən isə 17 186 müəllim fəaliyyət göstərir. Bu kateqoriyalarda orta əməkhaqqı 398 manatdan başlayaraq 1589 manata qədər dəyişir.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















