Emin Əmrullayev ona irad bildirilən şərhlərə belə reaksiya VERDİ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Ötən gün Bakıdan Xankəndiyə Qarabağ Universitetində dərs keçmək üçün gedən müəllim sosial şəbəkələrdə gündəm oldu. Paylaşımlardan biri Elm və təhsil naziri Emin Əmrullayevin şərhləri ilə diqqət çəkib.
Redaktor.az xəbər verir ki, nazir “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə iki dəfə Xankəndiyə gedib dərs keçməsi və həmin gün Bakıya qayıtması ilə bağlı paylaşımına rəy yazıb.
“Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!”, – deyə E. Əmrullayev bildirib.
Nazir şərhlə yanaşı, onun adının “tag” olunduğu mesajları da cavabsız qoymayıb. Sosial şəbəkə istifadəçilərindən biri bildirib ki, bu hal heç də fəxr ediləsi deyil: “İnsan ömrü yollarda heç olur, qaranlıqda yola düşür və gec qayıdır. Bu hardasa gənc qız üçün təhlükəli də ola bilər. Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmaqdansa, insanın çəkdiyi lazımsız əziyyətə təşəkkür edirsiniz”.
Emin Əmrullayev isə belə cavab verib: “Məhz fəxr ediləsi məsələdir. Bu, müəllimin şəxsi seçimidir. Başqa sözlə, Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Mənə maraqlı olan məqam isə odur ki, siz necə, haradan, hansı şəkildə nəticə çıxardınız ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yarada bilməmişik? Necə gəldiniz bu nəticəyə?”.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















