Emin Əmrullayev: Xankəndidə yaxın günlərdə isə ikinci məktəbin istifadəyə verilməsi nəzərdə tutulur
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 sentyabr, AZƏRTAC
“Hazırda Xankəndidə 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhərdə yerləşən 4 nömrəli məktəbdə 1030 şagird təhsil alır, yaxın günlərdə isə ikinci məktəbin istifadəyə verilməsi nəzərdə tutulur”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib. O, bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura qayıdan hər bir məktəbyaşlı uşaq ümumi təhsilə cəlb olunub.
Emin Əmrullayev, həmçinin Bakı və ətraf ərazilərdə məktəblərin təmiri və yenidənqurulması ilə bağlı məlumat verib: “Xəzər, Binəqədi rayonlarında, Abşeronun Saray və Hökməli qəsəbələrində, eləcə də Sumqayıtda bir neçə məktəb təmir edilərək istifadəyə verilib. Binə qəsəbəsindəki sıxlıq da uşaq sayının tənzimlənməsi ilə aradan qaldırılıb. Paralel olaraq məcburi köçkün məktəblərinin fəaliyyəti də mərhələli şəkildə dayandırılır. İnanıram ki, qısa zamanda “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkün məktəbi sayılan məktəblər ya bağlanacaq, ya da yerli məktəbə çevriləcək. Məcburi köçkün məktəblərimiz ənənəvi yurduna qayıtdıqda həmin məktəbin geri qayıtmayan şagirdləri mövcud məktəblərin kontingentinə yönləndirilir. Hesab edirəm ki, proses qənaətbəxş səviyyədə icra olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















