Emin Əmrullayev zəif oxuyanların müəllimlik etməsinə qarşıdır
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zəif oxuyan şəxsin gələcəkdə müəllimlik etməsi problemdir.
Gununsesi.info xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, vaxtilə özü zəif oxuyan və aşağı göstəricilərə malik olan şəxslərin gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olması təhsilin keyfiyyəti baxımından ciddi çətinliklər yaradır:
“Mənim üçün, vaxtilə sinifdə əlaçı olmayan birinin bu gün müəllimlik etməsi problemdir. Çünki zəif oxuyan şəxsin sinif rəhbəri və ya müəllim olması əlaçı mədəniyyətini, o təfəkkürü və davranışı şagirdlərə ötürmək baxımından çətinlik yaradır. Sinifdə yaxşı oxuyan, əlaçı olan şəxslərin müəllimlik etməsi tamamilə başqa bir mühit formalaşdırır. Amma ali məktəbi və ya məktəbi “kafi” qiymətlərlə bitirən birinin sinifdə müəllimlik etməsini mən fərqli bir problem kimi görürəm”.
Emin Əmrullayev vurğulayıb ki, səsləndirdiyi fikirlərin əsas qayəsi gələcək nəsillərin savadlı yetişməsində rol oynayacaq müəllimlərin seçilməsidir. Nazirin sözlərinə görə, təhsil sistemində atılan addımlar məhz əlaçıların və yaxşı oxuyan namizədlərin müəllimliyə cəlb olunmasını stimullaşdırmağa və yüksək nəticə göstərən nəsillər yetişdirməyə xidmət edir. (Modern..az)
Baxış sayı:108
Bu xəbər 30 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















