Icma.az
close
up
RU
Emin Əmrullayevin tənqid etdiyi kitabaları kim hazırlayır? RƏSMİ CAVAB

Emin Əmrullayevin tənqid etdiyi kitabaları kim hazırlayır? RƏSMİ CAVAB

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin keyfiyyəti ilə bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Nazir “Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil” deyərək, tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanmasına ehtiyac olduğunu bildirib.

“Tarix kitablarının çoxu sadəcə faktların sıralanmasından ibarətdir. Düşünürəm ki, bu dəyişməlidir. Biologiya fənni üzrə dərsliklərimiz də beynəlxalq standartlara uyğun deyil. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır”, - o qeyd edib.

Nazirin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəziləri bildirir ki, dərsliklərin hazırlanmasına elə Nazirliyin özü cavabdehdir, ona görə də bu tənqid qurumun özünə yönəlib. Digərləri isə hesab edir ki, Emin Əmrullayev illərlə formalaşmış köhnə yanaşmaları dəyişmək istəyir. Müzakirələr bir daha göstərdi ki, dərslik məsələsi cəmiyyət üçün hələ də ən həssas təhsil mövzularından biridir.

Məsələyə aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyinə müraciət etdik. Qurumdan Modern.az-a daxil olan cavabda qeyd olunur ki, dərsliklərin hazırlanması prosesi konkret qaydalar və çoxmərhələli qiymətləndirmə mexanizmləri ilə tənzimlənir.

Ümumi təhsil pilləsi üçün dərsliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən tərtib edilir.  
Ümumi təhsil pilləsi üçün dərsliklər ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış təhsil proqramlarını (kurikulumları) əhatə edir. Həmin təhsil proqramları (kurikulumlar) təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir. Ümumi təhsil müəssisələri üçün hazırlanacaq dərsliklər və tədris vasitələri müəyyən qaydalara əsasən tərtib olunur. Bu qaydalar dərsliyin həm məzmun, həm də tərtibat baxımından yüksək keyfiyyətli olmasını təmin etməyə yönəlib.
Qaydaya əsasən, dərsliyin elmi baxımdan dəqiq, etibarlı və inkişafyönümlü olması vacibdir. Onun məzmunu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, dəyəryönümlü və tərbiyəvi məzmun daşıyan, həmçinin Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır.
Bundan əlavə, dərsliyin hazırlanmasında müasir pedaqoji və metodiki yanaşmalardan istifadə edilməli, dizayn və tərtibat isə həm estetik, həm də məntiqli şəkildə qurulmalıdır.
Qiymətləndirmə zamanı dərsliklər 100 ballıq sistemlə dəyərləndirilir:
Təhsil proqramına uyğunluq – 30 bal,
Məzmunun elmi və tərbiyəvi səviyyəsi – 40 bal,
Pedaqoji-metodiki yanaşmalar – 20 bal,
Dizayn və tərtibat – 10 bal.
Beləliklə, dərsliyin uğurlu sayılması üçün onun həm elmi məzmun, həm də tərbiyəvi, metodiki və vizual keyfiyyətlər baxımından balanslı şəkildə hazırlanması əsas şərtdir.
Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bunlarla yanaşı hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi həyata keçirilir:

"Bu zaman dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Saytda dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək imkanı yaradılır. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər. Paralel olaraq, Elm və Təhsil Nazirliyi alimlərin, təhsil işçilərinin, aidiyyəti dövlət qurumlarının dərslik layihələrinə dair rəy, irad və təkliflərini almaq üçün müvafiq qurumlara müraciət edir. Dərslik layihələrinə istifadə hüququ verilənədək Nazirliyə daxil olmuş bütün rəy və təkliflər ümumiləşdirilərək nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur və məqbul sayılan rəylər layihədə nəzərə alınır.

Əlavə olaraq, həmin dərsliklər Dövlət İmtahan Mərkəzinin dərsliklərin nəşrqabağı elmi-metodiki monitorinqinin nəticələri əsasında da təkmilləşdirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri