Icma.az
close
up
RU
Emin İmaməliyev: Sevilya kimi klubdan təklif gəlirsə, burada Qarabağın da uğuru danılmazdır MÜSAHİBƏ

Emin İmaməliyev: Sevilya kimi klubdan təklif gəlirsə, burada Qarabağın da uğuru danılmazdır MÜSAHİBƏ

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun forvardı Juninyo Olavionun “Sevilya”ya mümkün keçidini şərh edib.

- “Sevilya”nın Juninyo Olavionu istədiyi məlumdur. “Qarabağ" braziliyalını satacağı təqdirdə, onun səviyyəsində futbolçu ala biləcək?

- Juninyonun "Sevilya"ya mümkün gedişini mətbuatdan oxudum. Əlbəttə ki, onun gedişi "Qarabağ" üçün itki olacaq. Buna baxmayaraq, "Qarabağ"da onu əvəzləyəcək oyunçular da var. Juninyo gedərsə, ehtiyac olarsa, onun əvəzinə başqa hücumçu da ala bilərlər.

- Onun ötən mövsümkü qədər effektiv ola bilməməsini nə ilə əlaqələndirirsən? Bəlkə təlklifləri çox olduğu üçün “Qarabağ”da oyunlara fokuslana bilmirdi?

- Hər futbolçunun öz həyatı, öz karyerası var. "Sevilya" kimi klubdan təklif gəlirsə, burada "Qarabağ"ın da uğuru danılmazdır. "Qarabağ" avrokuboklarda göstərdiyi oyun ona sübutdur ki, komandamız Avropaya futbolçu sata bilir. 

- İndinin özündə necə, “Qarabağ”da Juninyonu əvəzləyəcək hücumçu var?

- Məncə, "Qarabağ"da onu əvəzləyəcək futbolçular var. Amma dediyim kimi, klub lazım gələrsə, yeni hücumçu da ala bilər. Bunu zaman göstərəcək. İndidən bu haqda danışmaq doğru olmazdı. Çünki hələ Juninyo "Qarabağ"dadır.

- “Qarabağ” əvvəllər İbrahim Vadjini "Sent-Etyen"ə, Kadi Borgesi isə "Krasnodar"a satmışdı. Hər halda, “Sevilya”ya futbolçu satmaq daha cəlbedicidir. Juninyonun "Sevilya"ya satmaq "Qarabağ"ın daha üst səviyyədə olan futbol bazarına girməsi üçün əla şans olacaq?

- Onsuzda artıq neçə vaxtdır ki, "Qarabağ"ın futbolçuları Avropa klublarının maraq dairəsindədir. Təbii ki, bu dəfə "Sevilya"ya oyunçu satmaq daha cəlbedici olacaq. İstənilən halda, "Qarabağ"ın futbolçuları ilə həmişə maraqlanan komandalar var.

- Uzun illərdir ki, Avropa klubları "Qarabağ"ın legionerlərini istəyir, maraqlanır, transfer edir. Lakin azərbaycanlı oyunçuların transferi indiyə qədər baş tutmayıb. Bunu nə ilə əlaqələndirirsən?

- Adam çox istəyir ki, yerli futbolçularımız da Avropada oynasın, onlara da təkliflər gəlsin. Mənə də hərdən maraqlıdır ki, son vaxtlar nəyə görə yerli oyunçularımıza təklif gəlmir? Maraqlıdır. Bir növ də ola bilər ki, seçilmirlər, ya öz üzərilərində az işləyirlər, bilmirəm. Təklif gəlməsi üçün uğur qazanmalısan, Avropada oynayasan. İndiki dövrdə Avropada daha çox hücum mövqeyində oynayanlara üstünlük verirlər. Müdafiəçilərə çox da elçi düşən olmur. Yaxşı hücumçunu da dərhal danışıb, aparırlar. İnanıram ki, yaxın gələcəkdə yerli futbolçularımızdan da legioner həyatı yaşayanlar olacaq. Nə qədər çox azərbaycanlı futbolçu legioner həyatı yaşasa, millimiz üçün də uğurlu olar.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri