Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Emin İskəndərov: “Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözləyirik”

Emin İskəndərov: “Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözləyirik”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan yeniyetmə oğlanlardan ibarət cüdo millisindən Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözlənilir”.

Bu barədə cüdo komandasının baş məşqçisi Emin İskəndərov deyib.

O, yarışdan əvvəl təlim-məşq toplanışının sonuncu mərhələsini başa vurduqlarını söyləyib.

“Avropa Kuboku mərhələlərinə yaxşı hazırlaşmışıq. Daha əvvəl Almaniyanın Bremen şəhərində Beynəlxalq Masters Turnirində idmançılarımız yaxşı çıxış etdilər. Orada toplanış da baş tutdu. 700-dən çox cüdoçu var idi. Rəqabət güclü idi və cüdoçularımız özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu, bizi qane etdi. Ümid edirəm ki, orada əldə etdiyimiz təcrübə ilə Gəncədə yaxşı nəticə qazana biləcəyik. Komandanın intizamı, psixoloji durumu, əhval-ruhiyyəsi bizi qane edir”, - deyə o, report.az-a açıqlamasında bildirib.

E.İskəndərov millinin heyətinə yeni cüdoçuların cəlb olunacağını söyləyib:

“Yığmanın heyətində ötən ildən 7-8 idmançı qalıb, digərləri isə yenidir. Lakin həmin uşaqları ötən ildən hazırlayırdıq. Təlim-məşq toplanışlarına qatılırdılar. Onlar da milliyə düşə bildilər. Gəncədə təşkil olunacaq Avropa Kubokunda da yeni adlar görəcəyik. Bu il əvvəlki vaxtlara nisbətən regionlardan yeni “nəfəslər” də var. Mingəçevir, Gəncə, Zaqatala və digər bölgələrdən cüdoçular cəlb edilir. Bu isə inkişafın olduğunu göstərir. Bu idmançılardan da gözləntilərimiz böyükdür”.

Mütəxəssis Avropa Kubokunda iştirak edəcək rəqibləri təhlil etdiklərini deyib:

“Heyətlərə baxmışıq, onları təhlil etmişik. Qazaxıstan əsas heyətlə gəlir. Gürcüstanda da əsas heyət üzvləri var. Onlarda da bizim kimi milli komanda üçün seçim gedir. Rəqibləri zəif hesab etmirik. Güclü olan qalib gələcək. Gəncədəki yarışdan iki həftə sonra Almaniyanın paytaxtı Berlində gerçəkləşəcək Avropa Kubokuna qatılacağıq. Ondan sonra da seçim yarışlarımız olacaq. Nəticə verənlər Avropa və dünya çempionatına aparılacaq”.

Baş məşqçi bu il Avropa və dünya çempionatındakı hədəflərdən söz açıb:

“Ümid edirik ki, bu il Avropa və dünya çempionlarımız olacaq. Hər məşqçinin hədəfi odur. Bu il buna ümid edirik. Ötən il gözləntilərimiz çox idi. Avropa çempionatında üç qızıl medal qazandıq. Dünya çempionatında bu nəticəni təkrarlaya bilmədik, uşaqlarda alınmadı. Amma bu il məsuliyyətlə bunun üzərində işləmişik. Hər iki yarışda qızıl medalın olması üçün çalışacağıq”.

Xatırladaq ki, Avropa Kuboku aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri