Icma.az
close
up
RU
Emin Mahmudov: Azarkeşlərə borcumuz var

Emin Mahmudov: Azarkeşlərə borcumuz var

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Emin Mahmudov: "Azarkeşlərə borcumuz var"

“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”suna qarşı keçirilən oyundan (2:4) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik: 

- Matçın əvvəlində 8-ci dəqiqədə 2:0 hesabı ilə önə keçsəniz də, sonradan hər şey tam dəyişdi. Nə baş verdi, “Neftçi” niyə bu cür acı məğlubiyyətlə üzləşdi?

- Neçənci dəfədir belə halla üzləşirik. Oyuna yaxşı başlayırıq. Sonra bilmirəm nə baş verir, boşaluq yaradırıq, ya arxayınlaşırıq, oyunu tam itiririk. Azarkeşlərimiz möhtəşəm idilər. Bizə əla dəstək versələr də, onları məyus etdik. Buna görə azarkeşlərdən üzr istəyirəm. Vəziyyəti dəyişmək üçün qol epizodlarımız var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. İnşallah, ikinci oyunda nəticəni xeyrimizə dəyişəcəyik. 

- Oyunun qırılma nöqtəsi nə oldu?

- 2:0-dan sonra çox arxayın oynadıq. Elə bildik ki, artıq matçın taleyi həll olunub. Söz tapmaq olmur... Artıq neçənci dəfədir ki, 2:0 önə keçdikdən sonra üçüncü qolu vura bilmirik, əvəzində isə rəqib geridönüş edir. İkinci matça fokuslanmalıyıq. Hələ heç nə bitməyib. 

- Müdafiədə bu qədər səhvlərin olmasının səbəbi nədir?

- Məncə, biz 2:0-dan sonra çox rahat olduq. Elə bildik ki, 90 dəqiqə belə rahat gedəcək. Yekunda da bunun əziyyətini çəkdik. 

- Cavab matçında uğur qazanmaq üçün ilk növbədə nəyi dəyişmək lazımdır?

- İstədiyimiz nəticəni qazanmaq üçün birinci növbədə müdafiədə diqqətli olmalıyıq. Matça tam köklənməliyik. Həmçinin qol epizodlarından daha yaxşı faydalanmalıyıq. “Dinamo” geridönüş etdi. Onları təbrik edirəm. Biz isə başımızı aşağı salmalı deyilik. Cavab matçında lazımi nəticəni qazanmalıyıq. Azarkeşlərə borcumuz var. 

- Mərhələ adlayacağınıza inamınız qalıb?

- Əlbəttə, inam var. Oyundan sonra azarkeşlərlə də qısa söhbətimiz oldu. Onlar da bizə inamlarını bildirdilər. Bu inamı meydanda göstərməliyik.

- Yeri gəlmişkən, matçdan sonra Rza Cəfərovla azarkeşlər arasında narazılıq yaşandı. Həmin anda nə baş vermişdi?

- Olur belə hallar. Komanda uduzanda məyusluq yaşanır. Amma elə orada da həll etdik, problem yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri