Icma.az
close
up
RU
Emin Mahmudov: “Yenə geridönüş edəcəyik” MÜSAHİBƏ

Emin Mahmudov: “Yenə geridönüş edəcəyik” MÜSAHİBƏ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun Futbolxeber.az saytına müsahibəsi

- Kubokda yarımfinalın ilk matçında “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Qarşılaşmanı necə şərh edərdiniz?

- Oyun istədiyimiz kimi alınmadı. Rəqib bizi əks-hücumda yaxşı tuturdu. Düzdür, uduzduq, lakin bu, birinci matç idi. Qarşıda hələ cavab görüşü var. Sona qədər vuruşub yenə “kambək” edəcəyik.

- İlk matçdakı zəif çıxışdan sonra geridönüş etməyiniz nə dərəcə realdır?

- Bizim bundan da pis oyunlarımız olub. İstər kubokda, istər Avroliqada. Məsələn, Kiprdə “Aris”lə oyunda 0:2 hesabı ilə uduzmuşduq. Halbuki həmin matçda rəqib 10 qol vurmalı idi. Buna baxmayaraq, ikinci görüşdə 3:0 hesablı qələbə qazandıq və mərhələ adladıq. Odur ki, hər şey mümkündür. Azarkeşlərimizə borcluyuq. Çalışacağıq bu məğlubiyyətin əvəzini çıxaq və onlara borcumuzu qaytaraq.

- Ümumiyyətlə, əsas problem nədədir? Belə görünür ki, “Neftçi” hücum planında çox axsayır...

- Hücumlar istədiyimiz kimi alınmadı. Top itkilərinə çox yol verdik. Heç cür öz oyunumuzu göstərə bilmədik. Başa düşürük ki, gedişat yaxşı deyil və bunu dəyişməliyik.

- Fikirlərinizi ümumiləşdirsək, elə çıxır ki, “Neftçi” finaldan əlini üzməyib?

- Əlbəttə. Hesab 1:2-dir. Çalışacağıq ki, vəziyyəti dəyişək və vəsiqənin taleyini xeyrimizə həll edək.

- Zədədən yeni qayıtdığınız üçün ehtiyatda idiniz və sonradan meydana çıxdınız. Cavab oyununa qədər Emin Mahmudov 100 faiz hazır olacaq?

- İnşallah hazır olacağam. Zədədən sonra komanda ilə birgə cəmi bir məşq keçmişdim, dərhal oyuna çıxdım. Buna görə çətin idi mənim üçün. İnanıram ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyəm.

- Rəqib baş məşqçi mətbuat konfransında bildirib ki, həm “Neftçi”, həm də hakimlərə qalib gəldik. Sizcə, o, dediklərində nə dərəcədə haqlıdır?

- Bilmirəm o nə danışıb. Lakin yenidən oyunu izləsə, özü də görər ki, hakimlik nəsə yox idi.

- Ötən mərhələdən sonra 2 oyunluq cəzalandırılan və yarımfinalda komandaya kömək edə bilməyən Bassala Sambunun yoxluğu meydanda hiss olunurdu?

- Sambu gələndən yaxşı çıxış edir. Son turlar da fərqlənir. Əlbəttə, onun oynaması bizim üçün vacib idi. Komandaya faydası dəyərdi. Lakin mən digər hücumçularımıza da inanıram. İnşallah cavab oyununda onlar da komandaya kömək edərlər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Aprel 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri