Emin tikdirdiyi kazinodakı qaydalardan danışdı Bu adamlar buraxılmayacaqlar
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəaliyyət göstərəcək kazino barədə daha bir məlumat verib.
O, rəsmi instaqram hesabında yaranan bəzi suallara aydınlıq gətirib.
Ağalarov qeyd edib ki, kazinoya 21 yaşından kiçik heç kim buraxılmayacaq.
Təsisçi onu da bildirib ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. O, ən azından turizm potensialına görə bu işi ölkəyə qaytarmaq istədiyini qeyd edib.
Ağalarovun sözlərinə görə, bu gün kazinosuz turizmin inkişafı bütün dünya təcrübəsindən geri qalır:
"İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirək. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları "Sea Breeze”də mehmanxana biznesi kimi birləşdirək”.
"Mövsüm xaricində bu hotellər turistlərlə dolu olacaq, turistlər də pul xərcləyirlər. Müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist. Bu da ölkəmizin çiçəklənməsidir” - Emin qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Avqust 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















