Əminə Şafikova niyə həbs edilib? Rusiya mediası açıqladı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Xəbər verildiyi kimi, bu gün Başqırdıstanın Mədəniyyət naziri Əminə Şafikova saxlanılıb.
“AzPolitika” xəbər verir ki, 2012-ci ildən bəri nazirliyə rəhbərlik edən Şafikovanın həbs səbəbləri barədə rəsmi açıqlama verilməsə də, Rusiya mediası bu barədə özəl məlumatlar paylaşıb.
Bir neçə media orqanı Şafikovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğunu bildirir. Bu, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə dövlət satınalmaları ilə bağlıdır. Nazirliyin mətbuat xidməti hadisəyə şərh verməkdən imtina edib.
İş Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.
Qeyd edək ki, Əminə Şafikova Başqırdıstanın Mədəniyyət naziri olmazdan əvvəl Ufa Dövlət İncəsənət Akademiyasına rəhbərlik edib. 2002-ci ildə Respublikanın Əməkdar Rəssamı, 2024-cü ildə isə Xalq Rəssamı adına layiq görülüb.
“AzPolitika.info”
Baxış sayı:148
Bu xəbər 18 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















