Əmirbəyov açıqladı: Qərbi Azərbaycan dedikdə...
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Bizim Ermənistanın gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "İsveç Radiosu"na verdiyi müsahibədə deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı Azərbaycanın Ermənistan ərazisinə iddialı olması kimi anlaşılmamalıdır. “Qərbi Azərbaycan” dedikdə, tarixən əhalisinin əksəriyyəti azərbaycanlı olan torpaqlar nəzərdə tutulur. Ermənistanda Azərbaycan liderinə etibar etmirlər, biz də Ermənistana etibar etmirik. Təəssüf ki, bizim onların gerçək niyyətləri ilə bağlı ciddi və legitim narahatlığımız var”, – deyə E.Əmirbəyov vurğulayıb.
O, müsahibədə Ermənistanla sülh razılaşması üçün bu ölkədən tələb olunan konstitusiya dəyişiklikləri məsələsinin gündəmdə qaldığını ifadə edib, lakin bildirib ki, sülh üçün açıq olan pəncərə bağlana bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Aprel 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















