Əmlak Məsələləri Dövlət Xidmətində uyğunsuzluq aşkarlanıb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində dövlət vəsaitinin və balansında olan dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğu ilə bağlı yoxlama aparıb.
Bakıvaxtı.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir.
Yoxlama zamanı müəyyən edilib ki, Dövlət Xidməti xaricdəki Mədəniyyət Mərkəzinin əmlakının yanğından və digər risklərdən sığortalanması üzrə 2015–2024-cü illərdə 1 milyon 316 min 462,08 manat, eyni predmet üzrə Mədəniyyət Mərkəzi isə qeyri-rezident sığortaçıya 274 min 779,27 avro vəsait ödəyib.
Bununla bağlı Palata Maliyyə Nazirliyinə 19 noyabr 2024-cü il tarixində məktub göndərib.
Qeyd olunan məsələnin icrası bu günədək təmin edilməyib və izlənilməsi davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 13 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















