Emmanuel Makron Aİ ölkələrini Livana daha çox dəstək olmağa çağırıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Paris, 24 aprel, AZƏRTAC
Fransa prezidenti Emmanuel Makron Avropa Şurasının qeyri-rəsmi iclasında Livana daha çox dəstək göstərməyə çağırıb və yaxın zamanda Fransanın təşəbbüsü ilə keçiriləcək xüsusi bir konfransı elan edib.
AZƏRTAC xəbər verir ki, Makron bildirib ki, Avropa liderləri arasında rəqabət qabiliyyəti və büdcə məsələləri barədə aparılan müzakirələr regional böhranlara qarşı kollektiv tədbirlərin gücləndirilməsi baxımından vacibdir.
O, əlavə edib ki, təşkil olunacaq dəstək konfransı Avropalıların bütün töhfələrindən faydalanmaq və Suriya, İordaniya kimi qonşu ölkələrlə koordinasiyanı yaxşılaşdırmaq məqsədini daşıyacaq. Bu ölkələr də regional vəziyyətdən təsirlənib.
Makron, həmçinin diplomatik səylərin davam etdirildiyini və məqsədin Livanda sülh, stabillik və suverenliyi təmin etmək olduğunu bildirib. O, Fransa-Böyük Britaniya əməkdaşlığı çərçivəsində Hörmüz boğazına dair təşəbbüsləri də xatırladıb. “Bizim hamımızın marağı budur ki, stabillik mümkün qədər tez bərpa edilsin və dünya iqtisadiyyatı rahat nəfəs alsın”, – deyə Makron əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Aprel 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















