Icma.az
close
up
RU
Emmanuel Makron nazirlərinin sayı V Respublika dövründə rekord həddə çatıb

Emmanuel Makron nazirlərinin sayı V Respublika dövründə rekord həddə çatıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 1 fevral, AZƏRTAC

Ölkədə qeyri-sabitlik hələ də davam edir və Fransua Bayrounun rəhbərlik etdiyi administrasiyanın senzurası əlavə yeni nazirlərin təyin edilməsinə səbəb ola bilər. Ancaq bütün bunlara baxmayaraq, “42mag.fr” portalı son səkkiz il ərzində Emmanuel Makron nazirlərinin ümumi sayını hesablamağı öhdəsinə götürüb.

AZƏRTAC xəbər verir ki, “42mag.fr” portalının məlumatına əsasən, V Respublika dövrü ərzində Makron nazirlərinin sayı ilə rekord vurub. 2017-ci ildə ilk dəfə seçiləndən bəri onun 158 naziri olub.

Bu hesablama digər siyasətçilər tərəfindən də aparılıb. Respublikaçılar partiyasından olan Senatın sədri 160 nazir olduğunu deyərək, daha iki naziri əlavə edib. Hesablamalara görə, bu, orta hesabla hər nazirlikdə hər iki aydan bir nazir təyin olunub. Xüsusilə üç nazirlik yüksək dövriyyəsi ilə seçilib. Səhiyyə Nazirliyi Olivier Veranın uzun müddət nazir olmasına baxmayaraq, səkkiz il ərzində doqquz nazir bir-birini əvəz edib. Milli Təhsil Nazirliyində bu müddət ərzində yeddi nazir təyin edilib.

Səhiyyə və təhsil sektorlarında müxtəlif maraqlı tərəflər üçün bunlar idarə edilməli olan mürəkkəb vəziyyətlərdir. Çünki onlar daima hər yeni nazirin tətbiq etdiyi yeni istiqamətlərə uyğunlaşmalıdırlar. Nazirlərin özləri də bu qeyri-stabillikdən şikayətlənirlər. Nazirlər özləri də məsul şəxslərə şikayət edərək, vəzifədə nə qədər qalacaqlarını bilmədiklərini və vəziyyətə nəzarət etmədiklərini deyiblər. Pərdə arxasında məsləhətçilərin də çətinliklərlə üzləşdiyi bildirilir. Belə qeyri-stabilliyin maliyyəyə də böyük təsir göstərdiyi bildirilir. Qeyd edilir ki, siyasi qeyri-sabitlik nazir dəyişikliklərini sürətləndirir. İlk mandatı dövründə də Makronun nazirlərinin sayı pik həddə çatmışdı, ancaq 2022-ci ildə yenidən seçiləndən sonra bu tendensiya daha da güclənib. Vurğulanır ki, tez-tez dəyişikliklə Makron hökumətinə yeni nəfəs verməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 03:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see209

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see173

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see149

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see129

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see126

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri