Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Emmanuel Makron xalqı ilə düşmənçilik edir

Emmanuel Makron xalqı ilə düşmənçilik edir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Belə bir iddia ilə ölkənin “BFMTV” televiziya kanalı çıxış edib

Sağ Mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyenin baş nazir təyin edilməsi Fransada E.Makrona qarşı nifrət hissini daha da alovlandırıb. Çünki Mişel Barnyen qatı cinayətkardır, belə demək mümkünsə mafiya rəhbəridir. O həm də ölkədə rüşvətxor, korrupsioner olaraq tanınır. Fransızların qənaətincə Makronun Mişel Barnyeni baş nazir təyin etməklə ölkədə xalqın oyanışını cinayətkar rejimin əli ilə sıradan çıxartmağa çalışır. Fransızlar isə heç bir təzyiqdən və hədədən qorxmaq fikrində deyil. Küçələrə çıxaraq E.Makronun kadr siyasətinə qarşı sərt etirazlarını bildirirlər. Fransa Yeni Xalq Cəbhəsi Partiyasının, Milli Ralli Partiyasının və digər sosialistlər tərəfindən təşkil edilən aksiyalarda E.Makronun siyasəti kəskin tənqid olunur və onun istefası tələb edilir. Dekabrın 1-də keçirilən aksiyada Parisdə Bastiliya meydanında keçirilən aksiyada on minlərlə insan iştirak edib. Etirazçılar “Makron, istefa!”, “Lənət olsun Barnye hökumətinə!”, “Seçkilər bizdən oğurlandı!” şüarları səsləndiriblər. Fransa mətbuatının yazdığına görə, etiraz aksiyalarının bütün ölkə ərazisinə yayılmasından qorxuya düşən E.Makron ordunu paytaxt küçələrinə çıxartmağı düşünür. Bu isə onu təsdiq edir ki, E.Makron polisə inanmır. Makron ehtiyat edir ki, polis aksiya iştirakçılarının tərəfinə keçərək ona qarşı mübarizədə iştirak edə bilər. Bu baxımdan da daha çox etibar etdiyi ordu birləşmələrini iri şəhərlərə çıxarmaqla etirazçıları zərərsizləşdirməyə çalışacaq. Ölkənin “BFMTV” televiziya kanalı sensasion məlumatla çıxış edib. Kanalın yayımladığı verilişdə iddia olunub ki, daxili vəziyyət vətəndaş qarşıdurması halına çevriləcəyi təqdirdə E.Makron hakimiyyəti tərk edərək ölkədən qaça bilər. TV eksperti o fikridədir ki, E.Makron ölkəni tərk edərək üz tuta biləcəyi məkan Sinqapur ola bilər. Çünki Sinqapurda E.Makronun qiyməti milyon avro ilə ölçülən malikanəsi, başqa adlar altında qeydiyyatdan keçən, lakin ona məxsusluğu heç kimdə şübhə doğurmayan şirkətləri var. Digər tərəfdən E.Makronun Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamla dostluq əlaqələri mövcuddur. Məhz əlaqələrin isti olmasından istifadə edərək E.Makron Fransanı tərk edəcəyi halda Sinqapura gedərək qalan ömrünü orada yaşayacaq.

Florian Filippot E.Makrondan çamadanlarını yığıb ölkəni tərk etməyə çağırdı

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot E.Makrondan çamadanlarını yığıb ölkəni tərk etməyə çağırıb. Hətta Filippo Fransa lideri Bricit Makronun həyat yoldaşının “Fransızlar ona layiq deyil” sözlərini də ələ salıb və prezident cütlüyünü “çantalarını yığmağa” çağırıb. O, bəyan edib ki, irəli sürülən etimadsızlıq votumunun fitili artıq alovlanıb və "onların bütün sistemini partlatmağa" çağırıb. Fransa Vətənpərvərlər Partiyası ilə yanaşı Yeni Xalq Cəbhəsi, Marin Le Penin rəhbərlik etdiyi Milli Ralli partiyası, həmçinin France Unbowed və sosialistlər Makronun istefasını parlament səviyyəsində tələb edirlər. Makronun istefasına nail olmaq üçün lazımi 577 səsdən minimum 289 almağı planlaşdırırlar. Əgər nəzərdə tutulan plan baş tutsa, E.Makron prezident kürsüsündən uzaqlaşdırılacaq. Bundan əvvəl “İtaətsiz Fransa” partiyası ölkə prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. “İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano bildirmişdir ki, Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq ölkə prezidentinə qarşı impiçment haqqında qərar layihəsi imzalanmaq üçün deputatlara göndərilib.

Makrona qarşı ölkə əhalisinin nifrəti, xüsusilə siyasi partiyaların fəallığı onu deməyə əsas verir ki, hakimiyyətin sonu yaxınlaşır. Bunu Makronun reytinqinin on faizdən aşağı düşməyi də təsdiqləyir. Belə ki, aparılan sorğulara görə, Makronun reytinqi 8, 9 faizə düşüb.

Fransa uçuruma sürüklənir

Fransada əhalinin sosial-iqtisadi vəziyyətin günü-gündən ağırlaşması fonunda E.Makronun durumunun daha da yaxşılaşması prezidentin xalqı ilə düşmənçilik etdiyini göstərir. Bunu aydın dərk edən fransızlar ondan canlarını qurtarmaq üçün küçələrə çıxır, siyasi partiyaların çağırışlarına dəstək verirlər. Həm də ölkə əhalisi açıq şəkildə E.Makronun müstəmləkə siyasətinə sərt etirazlarını bildirirlər. Əhali aclıq və səfalət içində çabaladığı, şəhərlərin görkəminin acınacaqlı durumda olduğu halda müstəmləkə siyasəti aparılmasına və həmin ərazilərdə möhkəmlənmək milyardlarla avro maliyyə xərclənməsinə qarşı çıxırlar. Məlum faktdır ki, Fransa hələ də sərhədlərindən minlərlə kilometr uzaqlarda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya və Okeaniyada 13 ərazini müstəmləkə altında saxlayır. Etiraz edənlər, azadlıq mübarizəsinə qalxanlar qəddarcasına döyülür, təhqir edilir, türmələrə salınaraq işgəncələrlə həyatlarına son verilir. Dünya birliyi, xüsusilə də aparıcı dövlətlər susurlar. Yalnız Azərbaycan müstəmləkəçiliyə qarşı haqq səsini qaldırır, əzilən xalqlara öz dəstəyini göstərir. Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması azadlıq mübarizəsi aparan xalqlar tərəfindən bir ümid işığı yaradıb. Əzilən, kölə vəziyyətində olan xalqlar Bakı Təşəbbüs Qrupuna ümid çırağı, həyat və azadlıq mənbəyi kimi baxır. Bakıda qəbul olunan bəyanatda qeyd olunub ki, Fransa müstəmləkəçilik siyasətini davam etdirir və insan hüquqlarını pozur. Qrupun yaradılması bununla mübarizə aparmaq məqsədi daşıyır. Bəyanatda vurğulanıb ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib.

Bəyanatı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin nümayəndələri Rok Vamitan, Maqali Tinqal, Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının təmsilçiləri Moris Pindard, Sindi Polüks, Jan-Viktor Kastor, Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Fransıs Karol, Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatını təmsil edən Klodet Düamel, Tavini Huiraatira no te Ao Maohinin nümayəndələri Oskar Temaru, Antoni Geros, Leon Tefo, Ella Tokaragi və Afrika Mundus təmsilçiləri Emmanuel Arqo və Edvin Daiti imzalayıblar.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransa və Niderlandın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə sammit və konfranslarda geniş fikir mübadilələrinə qoşulublar. O, bu kimi konfranslardan birində Bakıda müstəmləkələrin təşəbbüsü ilə BTQ-nin yaradıldığını vurğulayıb. A. Abbasov BTQ-yə, onun üzvlərinə, müstəmləkələrdə yaşayan və müstəqillik tərəfdarları olan şəxslərə müəyyən təzyiqlərin olduğunu da qeyd edib: “Bu əslində təbiidir, çünki indiyə kimi, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qədər dünya ictimaiyyəti bu müstəmləkələrin mövcudluğundan xəbərsiz idilər və bu regionlarda həyata keçirilən çirkin müstəmləkəçilik fəaliyyətləri haqqında geniş məlumat əldə edə bilmirdilər. Qrupun BMT-də keçirdiyi beynəlxalq konfranslardan, aidiyyəti qurumlara müvafiq hesabatlar təqdim etməsindən sonra bu cür informasiyalar daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”.

Azadlığa gedən yol uzaqda deyil

Bakı Təşəbbüs Qrupunun fəallığı onu deməyə əsas verir ki, Fransanın müstəmləkə siyasəti uzun çəkməyəcək. Azadlıq mübarizəsinə qalxan xalqlar məqsədlərinə çatacaqlar. Baxmayaraq ki, E.Makron hər cür zorakı vasitələrdən, qəddar üsullardan istifadə etməklə xalqların müstəqil dövlət qurmaq arzularını alt-üst etsin. Əminliklə demək olar ki, yaxın vaxtlarda Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik azadlıqlarına qovuşacaqlar. Bunu dərk edən Makron rejimi bütün işgəncə maşınını sözügedən ərazilərə yeridib. Martinik əhalisi hər cür təzyiq və təhdidlərə baxmayaraq azadlıq mübarizələrindən əl çəkmirlər. Fransa ordusu Makronun əmri əsasında küçələrə çıxan əhaliyə qarşı odlu silahlardan istifadə edir, həbslər həyata keçirir və açıq zorakılıqlar göstərir. Baş verənlərlə bağlı dünya mediası video görüntülər, fotolar paylaşsa da Makron rejimi əməlindən əl çəkmir, əksinə qəddarlığını daha geniş formada tətbiq edir. Bununla Fransa hakimiyyətinin üstəmləkəçilik siyasətinin nə dərəcədə qəddar olduğunu ortaya qoyur. Fransız Polineziyasında da eyni hadisələr yaşanır. Xalq azadlıq mübarizəsinə qalxır və Fransa ordusunun əraziləri tərk etməsini tələb edir. Digər müstəmləkə ərazilərində olduğu kimi Fransız Polineziyasında da azadlıq mübarizəsi xüsusi qəddarlıqla yatırılmasına çalışılır. Ümumiyyətlə faktlara əsasən demək olar ki, iki yüz ilə yaxındır ki, Polineziya Fransa tərəfindən qəsb olunub və əhalisi təhqir edilir, sərvətləri talan edilir. 1946-cı ildə Polineziya qismən müstəqillik əldə etsə də, yenə də Fransanın müdaxiləsi nəticəsində xalq müstəqil dövlətçilik sevincini uzun müddət yaşamaqdan məhrum edilmişdir. Belə ki, 1946-cı il martın 16-da Polineziya BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınsa da, Fransanın təzyiqi nəticəsində 1947-ci ildə siyahıdan çıxarılıb. Lakin bu dəfə Polineziya xalqı öz müstəqillərini qurmağı və işğalçı rejimin ordusunu və digər güc strukturlarını ərazilərindən uzaqlaşdırmağı bacaracaqlar. Artıq Polineziya həm icraedici, həm də qanunvericilik hakimiyyətində üstünlüklər əldə edib. Xalqın sərt mübarizəsi Fransanı çıxılmaz vəziyyətə salıb. Hazırda Fransanın bu ərazilər də çarəsiz durumda olduğu müşahidə edilir. Çünki heç nə edə bilmir. Digər tərəfdən Fransanın müstəmləkə altında saxladığı digər ərazilərdən fərqli olaraq, Polineziyada yerli əhalinin assimilyasiyasına nail ola bilməyib. Bu da imkan verir ki, Polineziya öz dövlətçiliyini qursun. Təbii ki, Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik azadlıqlarına qovuşsalar prosesin qarşısını almaq mümkün olmayacaq. Yəni digər müstəmləkə altında əzilən xalqlar dövlətçiliklərini quran ərazilərin təcrübəsindən bəhrələnməklə istəklərinə çatacaqlar. Beləliklə, Fransa hakim rejiminin müstəmləkə siyasətinə son qoyulacaq.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri