Emmanuel Peti bütün futbol medallarını itirdiyini deyib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
1998-ci il dünya çempionu, Fransa millisinin və “Arsenal”ın keçmiş yarımmüdafiəçisi Emmanuel Petit karyerası ərzində qazandığı bütün kubokları itirdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu uzun müddətdir seyfdə saxlamağı planlaşdırdığı medalları, eləcə də Dünya Kubokunun surətini tapa bilmədiyini etiraf edib.
“Dünya Kubokunun surətini götürüb seyfə qoydum. Medallarla da eyni şeyi etmək istəyirdim. Saatlarla onları axtardım. Dəli oldum. İngiltərə, Fransa çempionatları, kuboklar, dünya və Avropa çempionatlarının medalları. Hər şey yoxa çıxdı”, - deyə Talk Sport Petitdən sitat gətirir.
55 yaşlı Petit 2004-cü ildə karyerasını bitirib. 1998-ci il dünya çempionluğu ilə yanaşı, 2000-ci ildə Avropa çempionatını, klub səviyyəsində isə “Arsenal” ilə İngiltərə çempionatını və kubokunu, “Monako” ilə isə Fransa çempionatını qazanıb. Keçmiş futbolçu mükafatların harada və hansı şəraitdə yoxa çıxdığını dəqiqləşdirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 27 İyun 2026 03:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















