Emoməli Rəhmon birgə mübarizəyə səsləyib
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tacikistan Prezidenti Emoməli Rəhmon səyləri birləşdirməyə və müasir qlobal çağırışlara reaksiya vermək üçün ümumi strategiya hazırlamağa çağırıb.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu barədə "ŞƏT plus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.
"Bu gün biz geosiyasi ziddiyyətlərin və regional münaqişələrin genişlənməsi, terrorizm, ekstremizm və radikalizm təhdidlərinin artması, eləcə də enerji və ərzaq çağırışları ilə üzləşirik. İqlim dəyişikliyinin nəticələri getdikcə daha çox hiss olunur ki, bu da bizdən səylərimizi birləşdirməyi və real reaksiya üçün ümumi strategiya hazırlamağı tələb edir", - E.Rəhmon qeyd edib.
Bununla əlaqədar olaraq Tacikistan Prezidenti ölkəsinin su ehtiyatları sahəsindəki təşəbbüslərini qeyd edib. Düşənbə su prosesi, eləcə də buzlaqların qorunması üzrə Düşənbə prosesi ilə yanaşı, Tacikistan 2030-cu ildən sonra qlobal su gündəliyinin təşviqinə töhfə vermək üçün nəzərdə tutulmuş su məsələləri üzrə Düşənbə çərçivə proqramının formalaşdırılmasını təklif edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 01 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















