Emoməli Rəhmon buzlaqların öyrənilməsi üzrə regional mərkəzin yaradılmasını təklif edib
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə buzlaqların öyrənilməsi üzrə regional əlaqələndirmə mərkəzinin yaradılmasını təklif edib.
"Report" xəbər verir ki, o, bunu Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı bildirib.
"Tacikistan və Fransanın təşəbbüsü ilə BMT Baş Assambleyası 2025-2034-cü illəri kriosfer elmlərinin dəstəklənməsi üçün 10 illik fəaliyyət dövrü elan edib. Bu məsələlərin vacibliyini nəzərə alaraq, Ümumdünya Meteorologiya Təşkilatının himayəsi altında və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Düşənbədə buzlaqların öyrənilməsi üzrə regional əlaqələndirmə mərkəzinin yaradılmasını təklif edirəm", - o qeyd edib.
E.Rəhmon həmçinin bildirib ki, Tacikistan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2025-ci ili Buzlaqların Qorunması İli elan edib, həmçinin buzlaqların mühafizəsi üçün beynəlxalq fond təsis edilib.
"Biz buzlaqların əriməsinə xüsusi diqqət yetirməliyik, bu, iqlim dəyişikliyinin təsirləri ilə əlaqədardır", - E.Rəhmon vurğulayıb.
O xatırladıb ki, buzlaqların qorunması üzrə yüksək səviyyəli beynəlxalq konfrans 2025-ci ilin may ayında Düşənbədə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Noyabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















