“Emosional boşluğa düşüb şillə vurdum” Özələ hücum edən şəxs
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl hücum edən Selçuk Tengioğlunun ifadəsi ortaya çıxıb.
“Qafqazinfo” bu barədə “Hürriyet”ə istinadən xəbər verir.
Tengioğlu ifadəsində bildirib ki, izdiham arasında irəlidə gedən şəxsin CHP lideri Özgür Özəl olduğunu gördükdən sonra emosional boşluq yaşayıb və onun üzünə sillə vurub:
“Özgür Özəlin əvvəllər Türkiyə Cümhuriyyətinin Prezidenti, prokurorları və polisinə hədə-qorxu ilə səsləndirdiyi çıxışları məndə narahatlıq hissi yaratmışdı. Hadisə anında emosional boşluğa düşdüm və üzünə şillə vurdum. Kimsədən göstəriş almadım. Bu hərəkəti planlaşdırmamışdım.Hadisə anidən baş verdi”.
Xatırladaq ki, hücumda şübhəli bilinən şəxsin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi məlum olub.
O, 2020-ci ildə şərti azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 May 2025 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















