Icma.az
close
up
RU
Emosional travma və özünəinamın formalaşması Ata qız münasibətləri

Emosional travma və özünəinamın formalaşması Ata qız münasibətləri

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Valideyn övlad münasibətləri  insanın emosional inkişafında xüsusi yer tutur. Qız uşağı üçün ata, ilk növbədə təhlükəsizlik, dəyər, sevgi və sərhəd kimi əsas psixoloji ehtiyacların qarşılandığı fiqurdur. Uşaqlıqda atadan alınan və ya alınmayan bu emosional təcrübələr, qızın özünə münasibətini, gələcək münasibətlərini və özünəinamını birbaşa formalaşdırır.
Valideynlərin xüsusi ilə atanın davamlı sevgi və emosional bağı qızların həyatında xüsusi rol oynayır. Ata uşağının duyğularını qəbul edir, onu dinləyir və dəyər verdiyini göstərirsə, qız özünü “yetərlidir” və “sevilməyə layiqdir” kimi əsas inanclarla böyüyür. Bu, onun özünüdəyər sisteminin sağlam bünövrəsini yaradır. Lakin ata emosional olaraq uzaq, tənqidçi, dəyişkən və ya həddindən artıq sərt olduğunda, qız uşağı özünü görünməz hiss edə bilər. Bu da özünəinamın zəifləməsinə, sevgi və münasibətlərdə narahatlığa səbəb olur.
Emosional travma bir çox hallarda günlük yaşantı içərisində qurulmalı olan , lakin düzgün şəkildə qurulmayan ünsiyyət formasından da yarana bilər. Məsələn, atanın həmişə məşğul olması, tənqidi tonda danışması, duyğuları kiçiltməsi və ya ailə içi gərginlik yaratması qız uşağında dərin izlər buraxa bilər. Bu vəziyyət sonradan  travma şəklində  özünü göstərə bilər.Məsələn:
Tərk edilmə qorxusu,  münasibətlərdə həddindən artıq bağlanma, sərhəd qoya bilməmək, təsdiq ehtiyacı və daimi “bəs etmirəm” hissi.
Tədqiqatlar göstərir ki, atası tərəfindən dinlənilən, hissləri ciddi qəbul edilən, davranışları ilə dəyər göstərən qızların özünəinamı daha yüksək olur. Əks halda isə, uşaq beyni təhlükə və dəyərsizlik hisslərini çox erkən öyrənir. Bu da yetkinlik dövründə həm özünə, həm də qarşı cinsə olan münasibətdə güvənsizliyə səbəb olur.
Yetkin yaşda bu travmalar müxtəlif davranışlarla üzə çıxır.Qadın özünü kiçildərək davranır, partnerdən davamlı təsdiq gözləyir, sərt və emosional olaraq uzaq kişilərə cəlb olunur və ya öz hissələrini ifadə etməkdə çətinlik yaşayır. Bunların hamısı uşaq vaxtı formalaşmış bir mesajın davamıdır: “Sevilmək üçün daha çox çalışmalıyam.”
Sağalma prosesi isə mümkündür və çox vaxt daxili bir dönüş tələb edir. Travmanın adını qoymaq, sərhəd qoymağı öyrənmək, uşaq vaxtı alınmayan sevgini özünə verməyi bacarmaq, sağlam kişi modelləri ilə təmasda olmaq və terapevtik dəstək almaq bu yolda ən təsirli vasitədir.

Müəllif: Mahmudova Elnarə,
Psixoloq / Aba terapist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Noyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri