Emrah Çəlikəl konkret danışdı: “Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi” İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Qarabağ” klubunun direktoru Emrah Çelikel Türkiyə mediasına danışıb.
İdmanxeber.az-ın məlumatına görə, “beIN SPORTS” kanalının (Türkiyə) saytına müsahibə verən klub rəsmisi müsahibədə komandayla bağlı gündəmdə olan bəzi sualları cavablandırıb.
Emrah Çəlikəl “Başda Türkiyənin komandaları olmaqla bir neçə Avropa klubunun baş məşqçiniz Qurban Qurbanovu heyətində görmək istədiyi bildirilirdi. Bu iddialar həqiqəti əks etdirirmi?” sualına cavab olaraq bunları deyib:
“Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. Hocamız da Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















