Emrelinin bu addımı müzakirəyə səbəb oldu
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli növbəti hərəkəti ilə Allmaniya mətbuatının gündəminə düşüb.
QOL.az-ın xəbərinə görə, martın 16-da keçirilən 2-ci bundesliqanın 26-cı turun matçında Mahirin komandası “Nürnberq” öz meydsnında “Qroyter”i qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb.
“Bild” qəzeti yazır ki, Emreli matçdan sonra sona qədər komanda yoldaşları ilə qalaraq qələbəni tribunaya toplaşan fanatlarla qeyd etməyib. Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.
“Nürnberq”in baş məşqçisi Miroslav Klose məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub: “O, oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı. O, Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















