Icma.az
close
up
RU
Emrelinin meneceri: “Mahirin qızıl ürəyi var, belə etməməlidir” MÜSAHİBƏ

Emrelinin meneceri: “Mahirin qızıl ürəyi var, belə etməməlidir” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddətdir Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Almaniyanın "Kayzerslautern" komandasında qeyri-müəyyənlik hökm sürür. Yayda II Bundesliqa klubuna böyük ümidlərlə transfer olunmuş 28 yaşlı hücumçu avqustun 22-dən sonra nəinki oyunlara çıxır, hətta matçların iştirak ərizəsində də yer almır. Baş məşqçi Torsten Liberknextin bu qərarına heç bir şərh verməməsi yerli mediada müxtəlif şayiələrin yayılmasına səbəb olub.

Baş verənlərlə əlaqədar Emrelinin meneceri Mateuş Ojoq sportnet.az-a müsahibə verib.

Polşalı agent gündəmdə olan məsələlərə münasibət bildirib, “layk” olayından "Bild" nəşrinin yazdıqlarına, "Kayzerslautern"dəki iclasdan baş məşqçi Torsten Lieberknextin Emreliyə qarşı rəftarına qədər hər şeydən danışıb:

- Mahir Emreli ilə bağlı situasiyadan narahatsınızmı və bu məsələnin ən münasib həll yolunu necə görürsünüz?

- Əlbəttə, çox narahatam, hadisələr tamamilə gözlənilməz istiqamətdə inkişaf etdi. Amma futbolda hər şey bir dəqiqəyə dəyişə bilər, ona görə də vəziyyəti diqqətlə izləyirəm. Demək olar ki, hər gün Mahir və klubla danışıram, ağlabatan bir həll yolu axtarırıq. Ümid edirik ki, Mahir infeksiyadan tam sağalıb tam formada qayıdandan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək.

- Emrelinin qış transfer dövründə "Kayzerslautern"i tərk etməsi gözlənilirmi?

- Xeyr, hazırda biz bu varianta baxmırıq. Mahirin məqsədi “Kayzerslautern”in heyətində II Bundesliqada oynamaqdır və biz də bu plan üzrə irəliləyirik.

- Hətta "Qarabağ"a qayıdacağına dair şayiələr də həqiqətə uyğun deyil?

- Xeyr, mən “Qarabağ”la heç bir əlaqədə deyiləm, bu barədə heç vaxt danışmamışıq. Kim bilir, bəlkə gələcəkdə olar, amma indi bu, doğru deyil.

- Belə xəbərlər var ki, "Kayzerslautern"də klubdaxili iclas olub və baş məşqçi Torsten Liberknextdən Emrelini oyunların iştirak ərizəsinə daxil etməməsinin səbəbi soruşulub. O isə tutarlı cavab verə bilməyib...

- Bu, qapalı görüş idi, ona görə də bu barədə ətraflı şərh verə bilmərəm. Hər tərəf öz baxış bucağını təqdim etdi, fikirlərini və müşahidələrini bildirdi. Eşitdiklərimin bəziləri ilə razı deyiləm, amma ümid edirəm ki, bu görüş yaxın zamanda nəticə verəcək.

- Siz həmin klubdaxili görüşdə iştirak edirdiniz?

- Bəli. İclasda mən, Emreli, baş məşqçi və klub prezidenti iştirak edirdi.

- Düşünmürsünüz ki, baş məşqçi Emreli ilə prinsip aparır, qərəzlidir?

- Belə suallara yalnız baş məşqçinin özü cavab verə bilər, onun düşüncələrini və hisslərini heç kim bilmir. Amma ümid edirəm ki, yüksək səviyyəli professional idmanda qərəz üçün yer yoxdur.

- Emrelinin II Bundesliqada ən yüksək maaş alan futbolçu olmasına dair xəbərlər var. Bu, doğrudurmu və son hadisələrin onun maaşının əvəzini meydanda verə bilməməsi ilə bağlı olduğu ehtimalı varmı?

- Bu mövzu barədə məndə rəsmi məlumat yoxdur. Hər bir futbolçunun məvacibi məxfidir. Mahirin vəziyyətinin arxasında maliyyə məsələlərinin dayanması qətiyyən doğru deyil. Bütün alman klubları yaxşı maliyyə idarəçiliyi ilə tanınır və mən Almaniyada maliyyə məsələlərinin ictimai müzakirə mövzusu olmasına heç vaxt rast gəlməmişəm.

- Emrelinin hazırda xəstəliyinin sağalmasını gözlədiyinizi dediniz. Üstəlik, klubunda avqustun 22-dən bəri oynamır. Bu halda onun Azərbaycan millisinin İslandiya və Fransa ilə noyabr matçlarına dəvət edilib-edilmədiyinə dair hər hansı məlumatınız varmı?

- Xeyr, bu barədə heç bir məlumatım yoxdur. Amma Mahir çox çalışır və bir neçə günlük infeksiya istisna olmaqla, tam formada qalır. Ümid edirəm ki, o, milliyə dəvət alacaq. Hazırda bir qədər oyun ritmi çatışmır, amma hamımız onun keyfiyyətini bilirik – hər zaman komanda üçün 100 faizini verir. Belə futbolçular isə həmişə əlavə dəyər qatırlar.

- Müştərinizin sabiq komandası "Nürnberq"in "Kayzerslautern"in qapısına vurduğu qolun fotosunu sosial şəbəkədə bəyənməsini necə qarşıladınız: Bunu normal hesab edirsiniz?

- Əlbəttə, futbolda şəxsi münasibətlər və dostluqlar da önəmlidir. Xüsusilə sosial media dövründə idmançıların paylaşımlarının köhnə dostları tərəfindən bəyənilməsi və şərh yazılması tamamilə təbiidir. Mən Mahirlə bu barədə danışdım. O, sadəcə sabiq komanda yoldaşını yaxşı çıxışına görə təbrik edib, həmin bəyənməni edib, gələcəkdə də hər hansı digər rəqibə qarşı eyni hərəkəti edəcək. Bəzi alman jurnalistlərin yenə də hansısa gizli məna axtarması Mahir yox, yalnız onların özləri barədə çox şey deyir.

- Xüsusən, "Bild" nəşrinin...

- Bəli (gülür - red.)

- Sizcə, bu nəşrin, hələ "Nürnberq"də çıxış etdiyi vaxtdan Emreli barədə neqativ ovqatlı məqalələr dərc etməsinin arxasında nə durur? Bəlkə bu, şəxsi münasibətdən irəli gəlir?

- Mən belə düşünmürəm. Mahir çox məşhurdur, insanlar onun haqqında danışır, məqalələrə daxil olurlar. Bilirsinizmi, bu gün medianın ən çox istədiyi nədir? Qalmaqal! İndi kim məşqin necə keçdiyi, futbolçuların özlərini necə hiss etdikləri ilə maraqlanır? Heç kim. Hamı mübahisələr, qarşıdurmalar, kiminsə harasa getməsi, sevgilisinin fotosunu “Instagram”da paylaşması kimi şeyləri oxumağı sevir. Bu, bu günün mediasıdır və buna qarşı heç nə etmək mümkün deyil.

- Elə isə özü bunları bilə-bilə niyə onların təxribatlarına gedir?

- Mahir belə etməməlidir, amma hansısa məsələ onu şəxsən təsirləndirirsə, sadəcə susmaq və davam etmək çox çətindir. O, qızıl ürəyə malik oğlandır və bu media orqanında yayılan boş-boş sözlər onun üçün ağrılıdır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri