Icma.az
close
up
RU
Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır Yəni, hər cür “bambılılıq”, şou çıxarın və...

Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır Yəni, hər cür “bambılılıq”, şou çıxarın və...

Icma.az, Mia.az saytına istinadən bildirir.

“Elm və Təhsil Nazirliyi rəhbər heyəti tam şəkildə istefa verməlidir”.
Mia.az
xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti, sosioloq Elçin Bayramlı bildirib.
Ekspert Elm və Təhsil Nazirliyinin “TikTok” sosial şəbəkəsində müəllimlər üçün müsabiqə keçirməsini qınayıb:
“Bu, biabırçılıqdır. Çünki Elm və Təhsil Nazirliyi Azərbaycanda təhsili məhv etmək üçün əlindən gələn hər şey edir və artıq buna nail olub. İndi də son addımlarını atır. Müəllimlərin dərsdən başqa hər işlə məşğul olmasını təşkil etmək üçün “TikTok” kimi şəbəkəyə onları dadandırmaq, daha çox maraq yaratmaq və iş-güclərini buraxıb nələrsə çəkib hazırlamaq məsələsini ortaya qoyur. Halbuki, normal elmi müsabiqələr, yazı müsabiqələri keçirmək olardı. Hər hansı başqa bir formada intellektual yarışlar keçirə bilərdilər”.
Ekspert müsabiqənin şərtlərinə də irad bildirib: “Şərtlərə baxın, 30 saniyə olmalıdır video. 30 saniyəyə nə video ola bilər?! İnsanlara axmaq-axmaq şeyləri öyrətmək nəyə lazımdı?! İkincisi, kriteriyaya diqqət edin: daha yaxşı, savadlı video hazırlayan yox, daha çox baxış toplayan qalib gələcək. Yəni, hər cür “bambılılıq”, şou çıxarın, gecə-gündüz videonu ona-buna göndərin, paylaşın, işinizi-gücünüzü buraxıb “TikTok”la məşğul olun. Ən axmaq material belə çox baxış toplasa, o qalib olacaq. Belə bir rəzalət nəzəri cəhətdən də mümkün deyil. Düşünsəniz, heç şeytanın da ağlına gəlməz. Bu nazirliyin məqsədi, fikri nədir?! Məhv edib bütün təhsili, darmadağın eləyib müəllimlərin başına bir oyun açır, şagirdlərin başına min oyun açır, indi də belə işini-gücünü buraxıb keçib sosial şəbəkədə müəllimlərdən ibarət bir şou yaratmağa. Bu elə bir biabırçılıqdır ki, bizim əlifbada ifadə edəcək söz də yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır. Bəsdirin, bu təhsil deyil, nə oyundur, nə şoudur çıxarırsınız?!”
“Hələ qoyduqları mükafata baxın. “iPhone 16 Pro”. Dünyanın ən son model, ən bahalı telefonunu qoyurlar uduşa, halbuki müəllim ən son model telefon işlətməməlidir. Sən müəllimə sanatoriyaya bilet, işlərini görmək üçün hər hansı kompüter, hər hansı bir avadanlıq verə bilərsən, amma bahalı telefon yox! Bundan əlavə, bütün müəllimlər – təbii ki, normal müəllimlərdən başqa digərləri başlayacaq şagirdləri məcbur etməyə ki, girin “TikTok”a, bəyənib paylaşın. Qısacası, müəllimlər və şagirdlər işlərini buraxıb orada məşğul olacaqlar. O sosial şəbəkə də murdar, rəzil, pozğun bir yerdir. Yerdə qalan əhalini, yaşlıları ora doldurmaq üçün Elm və Təhsil Nazirliyi var gücü ilə çalışır. Bu biabırçılığın bəraət veriləcək tərəfi yoxdur. Bundan daha biabırçı heç nə yoxdur. Nazirliyin rəhbərləri tam heyətlə istefa verməlidir. Belə nazirliyin olmağındansa, olmamağı daha yaxşı olar”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see216

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri