Icma.az
close
up
RU
Emsan Azərbaycana yüksək məbləğdə MALİYYƏ SANKSİYASI TƏTBİQ EDİLDİ

Emsan Azərbaycana yüksək məbləğdə MALİYYƏ SANKSİYASI TƏTBİQ EDİLDİ

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Emsan Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunaraq cərimə edilib. Bu barədə Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində qeyd olunub.

Xəbər verdiyimiz kimi Emsan Azərbaycan mağazalar şəbəkəsinin Binəqədi rayonu Cəfər Xəndan 85 B ünvanında alış-veriş edən vətəndaş ədv-ni geri almaq istəsə də QR kodu oxuda bilməmişdi. Bundan əlavə müştəriyə iki müxtəlif VÖEN-lə verilən çekin birində Emsan mağazasının Binəqədi rayonu Cəfər Xəndan küçəsi 85B ünvanı, post terminalla ödənilən çekdə isə Sumqayıtda olan ünvan qeyd olunmuşdu.

Tribunainfo.az  xəbər verir ki, “ajans.az” məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıqdan sonra Emsan Azərbaycanla bağlı araşdırma başlanılıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, qaldırılmış məsələ ilə bağlı müvafiq nəzarət tədbirləri keçirilib və aşkar edilmiş faktlar nəticəsi üzrə rəsmiləşdirilib.

“Ajans.az” Emsan Azərbaycanın rəsmi saytında göstərilən VÖEN və müştəriyə verilən çeklərin birində olan VÖEN Dövlət Vergi Xidmətinin saytında yoxlayıb. Nəticədə Emsan Azərbaycana yüksək məbləğdə maliyyə sanksiyasının tətbiq edilərək cərimə edildiyi məlum olub.

Emsan Azəbaycanın rəsmi səhifəsində qeyd olunan VÖEN üzrə (1404162242) Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxladıqda məlum olur ki, Operativ vergi nəzarəti üzrə – İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasınnda əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə Operativ Vergi Nəzarətinin nəticələri haqqında – AKT-a əsasən 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir..

Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Emsan Azərbaycanda alış – veriş zamanı müştəriyə verilən çekdə qeyd olunan digər VÖEN üzrə (0201314512) Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxladıqda məlum oldu ki, vergi öhdəlikləri üzrə – 2022-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2 hal üzrə ümumilikdə 80.00 manat maliyyə sanksiyası tətbiq edilib. Vergi öhdəlikləri üzrə – 2023-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilib.

Emsan Azərbaycan rəsmi olaraq məsələyə münasibət bildirməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Aprel 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri