“Ən azı bir həftə bir birilərinə hücum etməyəcəklər” Tramp
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İsrail və İranın ən azı növbəti bir həftə ərzində bir-birilərinə hücum etməyəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“İsrail Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı söhbətimiz oldu. Ona zərbə endirildi və o da cavab verdi. Mən onu buna görə günahlandıra bilmərəm. Amma indi onlar bunu dayandırıblar. Ona görə də bir-birlərini daha bir həftə və ya daha çox müddətə rahat buraxacaqlar”, - deyə Tramp bildirib.
Qeyd edək ki, 8 iyun tarixində İsrail və İran uzunmüddətli atəşkəsdən sonra bir-birilərini atəşə tutublar. İsrailin hücumu İranın əvvəlki gün raket atışına cavab olaraq həyata keçirilib. İsrail Müdafiə Qüvvələri (İDF) İranın qərbində və mərkəzindəki hərbi hədəflərə hücum etdiyini iddia edib.
Elə həmin gün “Ynet” portal rəsmi mənbəyə istinadla İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın xahişini qəbul etdiyini və İsrailin İrana hücumlarının dayandırılmasını əmr etdiyini bildirib. Mənbənin sözlərinə görə, Livandakı hərbi əməliyyatlar tam gücü ilə davam edəcək.
Bu mövzuda digər xəbərlər:Tramp: Rusiya bir həftə Ukraynaya hücum etməyəcək
30 Yanvar 2026 11:05
YENİDƏN RAZILAŞDILAR... Bir birinə hücum etməyəcəklər
29 İyun 2026 09:48
Bir birinə hücum etməyəcəklər: RAZILIQ OLDU
29 İyun 2026 01:21
Tramp: İsrail və İran azı bir həftə bir birinə zərbə endirməyəcək
09 İyun 2026 10:16
Bir birilərinə sanksiya tətbiq etdilər
20 Avqust 2025 18:53
Baxış sayı:168
Bu xəbər 09 İyun 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















