Icma.az
close
up
RU
Ən bahalı çərəz: makadamiya fındığı. Faydalar

Ən bahalı çərəz: makadamiya fındığı. Faydalar

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Makadamiya fındığını müxtəlif dövrlərdə müxtəlif cür adlandırıblar: mullibimbi, bumera, kindal-kindal, Kvinslend, Avstraliya fındığı...

İlk dəfə 1930-cu ildə Avstraliyanın Viktoriya ştatında botanik Ferdinand fon Müller əslən şotlandiyalı olan həmkarı və dostu Con Mak-Adamın şərəfinə onu Makadamiya fındığı adlandırıb. Həmin il Avstraliyada makademiyasevərlər assosiasiyası yaradıldığına görə məhz bu adın üzərində dayanılıb.

Azertag.az bildirir ki, 1970-ci ildən başlayaraq Makadamiya fındığı Avstraliyanın Kvinslend ştatında iri sahələrdə yetişdirilib. Makadamiyanın 9 növündən 5-i yalnız Avstraliyada, 2 növü isə Braziliya, Kaliforniya, Cənubi Amerika və Havay adalarında yetişir. Hazırda onu tropik iqlimə malik bir çox ölkələrdə yetişdirirlər, lakin bitkinin başlıca'diişməni okean küləkləridir. Yeganə tozlandıncısı anlardır, onun çiçəklərindən əldə olunan bal çox ətirli və dadlı olur. Əkiləndən 7-10 il sonra 100 kiloqrama qədər məhsul verir. Makadamiya fındığı dünyanın ən bahalı çərəzləri sırasına daxildir. Onun məhsulunu ağacdan toplamaq və təmizləmək o qədər də asan başa gəlmir.

Yaşılımtıl qəhvəyi rəngdə olan qalın qabığın içərisində yerləşən fındığı sərt qabığından çıxarmaq üçün 2 min pa təzyiq lazımdır. Onun tərkibi vitamin və efir yağları ilə zəngindir. 100 qram fındığın qida dəyəri 700 kkal-dir. Makadamiya fındığında doymamış yağ turşularının tərkibində insan dərisində mövcud olan palmilin turşusu var. Kimyəvi tərkibinə görə Makadamiya yağı su samurunun piyini xatırladır. Ona görə də onun yağı quru və qabıqlanan dəri üçün ideal vasitədir, dərini nəmləndirir, yumşaldır, cavanlaşdırır və gözəlləşdirir, yara və yanıqların sağalmasını sürətləndirir.

Tərkibində Makadamiya yağı olan kosmetik vasitələrin qiymətinin baha olmağı bununla əlaqədardır. Həmin yağla zəngin olan şampunlar tük soğanaqlannı möhkəmləndirir, saça təbii parlaqlıq verir və onu xarici mühitin təsirlərindən qoruyur. Yüksək kaloriya malik Makadamiya fındığı dadma görə yerfındığını xatırladır. Onun iri və bütöv olanlan şokolad və karamellə birlikdə, kiçik və xırda olanlan isə salat və dəniz məhsullarından hazırlanan yeməklərə əlavə edilir.

Bir çox xəstəliklərə xeyirli olduğuna görə vətəni Avstraliyada müqəddəs hesab edilir. Makadamiya fındığı, həmçinin antioksidant təsir göstərir, qanda xolesterinin miqdarını və arterial təzyiqi azaldır. Yüksək kalorili olmasına baxmayaraq ürək-damar sistemi xəstəliklərinin yaranmasının qarşısını alır, arıqlamağa kömək edir, artrit, osteoporoz, kuperoz, varikoz və sellülitin müalicəsində istifadə edilir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri