Icma.az
close
up
RU
Ən bahalı ixtisaslar açıqlandı 8 min manata qədər illik təhsil haqları....

Ən bahalı ixtisaslar açıqlandı 8 min manata qədər illik təhsil haqları....

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları 8 min manatadək yüksəlir. SİA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 4-cü sayında əks olunub. Bildirilib ki, I ixtisas qrupu üzrə ən bahalı ixtisaslar arasında ADA Universitetinin bütün ixtisasları yer alır. Universitetdə illik təhsil haqqı 6 000 manat təşkil edir.

Bakı Ali Neft Məktəbində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır.

Xəzər Universitetində isə bütün ixtisaslar üzrə təhsil haqqı 4 500 manat təşkil edir.

II ixtisas qrupu üzrə ən yüksək təhsil haqqı ADA Universitetində Maliyyə ixtisası üzrə müəyyənləşdirilib. Bu ixtisasda, ingilis dilində təhsil üçün illik ödəniş 8 000 manatdır.

Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və Maliyyə ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 4 500 manatdır.

Xəzər Universitetində isə II qrup üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500, 5 000 və 5 500 manat arasında dəyişir.

III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik təhsil haqqı 4 800 manatdır.

ADA Universitetində Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 6 000 manat təşkil edir. Universitetdə Hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı isə 8 000 manatdır.

IV ixtisas qrupu üzrə ən yüksək təhsil haqları Azərbaycan Tibb Universitetində müəyyənləşdirilib. Universitetdə ixtisaslardan asılı olaraq illik təhsil haqqı 4 500-5 000 manat arasında dəyişir.

Xəzər Universitetində isə IV ixtisas qrupu üzrə bütün ixtisasların illik təhsil haqqı 4 500 manatdır.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2026 05:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri