Icma.az
close
up
RU
Ən bahalı prezident iqamətgahları Dəyəri 1 milyard dollar olanları var

Ən bahalı prezident iqamətgahları Dəyəri 1 milyard dollar olanları var

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət başçılarının fəaliyyət göstərdiyi iqamətgahlar bəzən yalnız inzibati bina olmaqla kifayətlənmir, həm də ölkənin siyasi gücünü, tarixi irsini və prestijini əks etdirən simvollar kimi dəyərləndirilir. Dünyada elə iqamətgahlar var ki, onların dəbdəbəsi və dəyəri ilə bağlı rəqəmlər geniş müzakirələrə səbəb olur.

Sfera.az xarici məlumatlara əsasən, dünyanın ən bahalı prezident iqamətgahlarının siyahısını təqdim edir. 

İlk sıralarda Rusiya, ABŞ, Hindistan, Türkiyə və Fransa kimi ölkələr yer alıb. 

Kremlin Sarayı – Rusiya

Siyahının ilk sırasında yer alan, Rusiya Prezidenti Vladimir Putinin rəsmi iqamətgahı olan Kremlin Sarayının dəyəri təxminən 1 milyard ABŞ dolları olaraq qiymətləndirilir. 15-ci əsrə aid olan bu kompleks həm siyasi qərarların qəbul olunduğu mərkəz, həm də tarixi abidə statusuna malikdir.

Ağ Ev – ABŞ

ABŞ Prezidenti Co Baydenin iqamətgahı olan Ağ Ev isə təxminən 400-500 milyon dollar dəyərində hesab olunur. Vaşinqtonda yerləşən bu bina ABŞ tarixinin və liderliyinin simvolu kimi tanınır.

Yelisey Sarayı – Fransa

Fransa Prezidenti Emmanuel Makronun yaşadığı və fəaliyyət göstərdiyi Yelisey Sarayı da siyahıya daxil edilib. 18-ci əsrdə inşa edilən bu iqamətgahın dəyəri təxminən 400 milyon dollar göstərilir.

Raştrapati Bhavan – Hindistan

Hindistan Prezidentinin iqamətgahı olan Raştrapati Bhavan dünyanın ən böyük dövlət iqamətgahlarından biri sayılır. 500 milyon dollara yaxın dəyəri olan bu kompleks 130 hektarlıq ərazidə yerləşir və 340 otaqdan ibarətdir.

Kvirinal Sarayı – İtaliya

İtaliya Prezidenti üçün nəzərdə tutulan Kvirinal Sarayı da siyahıya düşüb. 1583-cü ildə tikilən bu iqamətgahın dəyəri təxminən 500 milyon dollar olaraq göstərilir.

Ağ Saray (Ak Saray) – Türkiyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahı olan Ağ Saray təxminən 600 milyon dollarlıq dəyəri ilə siyahının ən bahalı iqamətgahlarından biri hesab edilir. 1100-dən çox otağı olan bu kompleks müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Çjunnanxay Kompleksi – Çin

Çin rəhbərliyinin Pekində yerləşən inzibati və iqamət kompleksi olan Çjunnanxay (Zhongnanhai) barədə dəqiq maliyyə rəqəmləri açıqlanmasa da, beynəlxalq araşdırmalarda milyardlarla dollar dəyərində olduğu bildirilir.

Prezident Sarayı – Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi iqamətgahı da siyahıya əlavə olunub. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Bulvar yaxınlığında yerləşən Prezident Sarayının dəqiq maliyyə dəyəri rəsmi olaraq açıqlanmasa da, strateji və inzibati baxımdan ölkənin əsas idarəetmə mərkəzi kimi qiymətləndirilir. Saray 2003-cü ildən Prezident Administrasiyasının yerləşdiyi əsas binadır.

Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri