Icma.az
close
up
RU
“Ən biabırçı hərəkətlərimdən biri idi” Etiraf VİDEO

“Ən biabırçı hərəkətlərimdən biri idi” Etiraf VİDEO

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya futbolunun əfsanələrindən Françesko Totti karyerasının ən qalmaqallı epizodlarından birini xatırlayıb.

Apasport.az xəbər verir ki, sabiq “Roma” kapitanı İtaliya Kubokunun finalında Mario Balotelliyə qarşı etdiyi kobud hərəkətdən danışıb.

Totti həmin epizodu həyatında etdiyi “ən biabırçı hərəkətlərdən biri” adlandırıb:

“Həyatımda etdiyim ən biabırçı hərəkətlərdən biri idi. İtaliya Kubokunun finalı idi, əsəblər onsuz da son həddə çatmışdı... Üstəlik, həmin gecə Balotelli bildiyiniz Balotellinin ən pik versiyası idi. Dayanmadan danışır, təxribata çəkir, romalılara söz atırdı. Ehtiyat oyunçular skamyasında öz-özümə deyirdim ki, meydana çıxsam, bunu məhv edəcəyəm.

Ranieri məni ikinci hissədə oyuna buraxdı, amma “İnter” bizdən daha yaxşı idi. Matç əldən gedirdi, mən də getdikcə daha çox özümü itirirdim. Oyunun sonlarına doğru Mario ilə yan xəttdə mübarizə apararkən mənə tərəf dönüb nəsə pıçıldadı, ardınca da təhqir etdi. Həmin an qırılma nöqtəsi oldu. Artıq top məni maraqlandırmırdı, düşündüyüm tək şey onu yerə sərmək idi. Arxadan elə girdim ki, birbaşa topuğuna dəydim. Qırmızı kart? Burada müzakirə ediləsi heç nə yoxdur, sonuna qədər haqq edirdim. Hakimə belə baxmadan paltardəyişmə otağına getdim.

Ən qəribə tərəfi nə idi, bilirsiniz? “İnter”dən heç kim üstümə gəlmədi. Çünki hamı Marionun necə biri olduğunu bilirdi. Hətta həmin an komanda yoldaşlarının belə ona əsəbiləşdiyini hiss edirdim. “Olimpiko” da məni fitə basmadı, əksinə, alqışladı. Artıq vəziyyətin nə qədər gərgin olduğunu özünüz təsəvvür edin".
Totti illər sonra Balotelli ilə milli komandanın düşərgəsində qarşılaşdığını və onunla səmimi şəkildə barışdığını da əlavə edib.

"İllər sonra milli komandanın düşərgəsində qarşılaşdıq. Açığı, bir az utanırdım. Axı az qala adamın ayağını qoparmağa çalışmışdım. Amma Mario gəldi, məni qucaqladı, çox səmimi danışdı. O köhnə üsyankar uşaq artıq yox idi, böyümüş, yetkinləşmişdi.

Həmin gecə mənə bir şeyi yenidən göstərdi: futbolda təkcə istedad kifayət etmir. Əvvəlcə hörmət etməlisən, sonra özünü sübut etməlisən, ən sonda isə danışmalısan”.

Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu Tarixdə bu gün: Argentina ilk dünya çempionluğunu qazanıb Tarixdə bu gün: Futbolun əfsanəsi Lionel Messi 38 yaşını qeyd edir Tarixdə Bu Gün: “Puerta 12” Faciəsindən 57 İl Ötür Dris Mertens Kimdir? "Qalatasaray"ın Karyerasını Bitirən Maestrosu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 May 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri