Ən böyük arzum övladlarıma Xankəndidə təhsil verməkdir Keçmiş məcburi köçkün
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Övladlarıma Xankəndidə təhsil vermək istəyirəm".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakıdan Xankəndi şəhərinə köçən keçmiş məcburi köçkün Ülviyyə Quliyeva deyib.
O bildirib ki, indiyə qədər Sabunçu rayonu Ramana qəsəbəsində yaşayıb:
"Xankəndidən valideynlərimlə çıxmışdım. İndi isə ailəmiz altı nəfərdən ibarətdir. Çox sevincliyəm, ailəmlə öz doğma yurduma qayıdıb uşaqlarıma orada təhsil vermək istəyirəm.
Xankəndidə dördotaqlı evlə təmin olunmuşuq. Ən böyük arzum ora çatan kimi şəhəri doyunca gəzməkdir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Xankəndi şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 36 ailə (162 nəfər) öz doğma yurduna köçürülür.
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Yanvar 2026 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















