Ən böyük aysberq tamamilə parçalandı Sahəsinin 99 faizini itirib
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir vaxtlar dünyanın ən böyük aysberqi hesab edilən A23a Cənubi Okeanda sürüşərək hərəkət edərkən tamamilə parçalanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.
"Müxtəlif vaxtlarda dünyanın ən böyük aysberqi kimi izlənilən A23a artıq mövcud deyil. İnstitutun alimləri tərəfindən 40 il ərzində müşahidə edilən bu nəhəng buz kütləsi kiçik fraqmentlərə bölünüb və mövcud olduğu müddətdə ümumi sahəsinin 99 faizini itirib", deyə institutun mətbuat xidmətindən bildirilib.
A23a aysberqi 1986-cı ildə Antarktidadakı Filçner-Ronne buz şelfinin kənarından qopmuşdu. İlkin mərhələdə onun sahəsi 4 170 kvadrat kilometr (1 610 kvadrat mil) təşkil edirdi ki, bu da Sankt-Peterburq şəhərinin sahəsindən təxminən iki dəfə böyük idi.
30 ildən çox müddət Weddell dənizinin dayaz sularında hərəkətsiz qaldıqdan sonra aysberq 2023-cü ilin noyabrında açıq okeana doğru hərəkət etməyə başlayıb.
2025-ci ilin əvvəlində o, Cənubi Corciya adasına yaxınlaşıb və 80 kilometr məsafədə dayazlığa oturaraq may ayına qədər həmin ərazidə qalıb. Daha sonra isə adanın şərq tərəfindən keçərək hərəkətini davam etdirib.
2025-ci ilin avqust ayının sonunda aysberqdən sahəsi 60–300 kvadrat kilometr (23–116 kvadrat mil) olan üç böyük parça qopub. Bununla da A23a öz statusunu itirərək ölçüsünün təxminən 30 faizinə qədər kiçilib.
"Keçən il A23a dünyanın ən böyük aysberqi hesab olunurdu, lakin sentyabr ayında bu status dəyişdi. Yanvar ayında onun sahəsi təxminən 1 300 kvadrat kilometr (502 kvadrat mil) idi. Hazırda isə 50 kvadrat kilometrdən (19 kvadrat mil) azdır. Aysberq açıq sularda hərəkət edərək parçalanmağa davam edir. Son üç ay ərzində o, 1 000 kilometr (621 mil) məsafə qət edib və Cənubi Atlantik ilə Atlantik okeanının sərhədlərini keçib. Hazırda 49° cənub enliyi yaxınlığında yerləşir", deyə AARI-nin Buz və Hidrometeoroloji Məlumat Mərkəzinin baş mütəxəssisi Polina Solosçuk bildirib.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ən böyük aysberq sürətlə əriyir, sahəsinin 99 faizini itirib
21 Aprel 2026 22:05
Oftalmologiya sahəsinin inkişafına böyük töhfələr vermiş
12 Aprel 2025 20:56
Emin Əmrullayev: Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır
20 Noyabr 2024 18:13
Atlantikdə nəhəng aysberq parçalandı unikal foto yayıldı
02 Dekabr 2025 11:15
Əli Əsədov: Hökumət statistika sahəsinin inkişafına böyük önəm verir
24 Sentyabr 2025 10:30
Baxış sayı:142
Bu xəbər 22 Aprel 2026 18:38 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları