Ən böyük fobiyasına belə qalib gəldi
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aparıcı Leyla Quliyeva ən böyük fobiyasına necə qalib gəldiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, aparıcı hündürlük qorxusu olduğunu bildirib. O qeyd edib ki, reklam çarxına çəkilən zaman paraşütlə tullanaraq bu qorxusundan xilas olub:
"AZAL üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım. Ümumən hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən - Qrız-Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa... Hündürlükdən qorxuram. İki-üç fobiyamdan biridir. Maksimalist mənliyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil o anda nə fikirləşdiyim. Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda bir az qeyri-adekvat olmuşam. Eyni səhnəni iki dəfə çəkdik. Siz da baxsanız, görəcəksiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər bir az məsafə var, onu da qaça-qaça getməlisən. Və qətiyyən dayanmaq olmaz. Fikirləşmək də olmaz. Tərəddüd heç olmaz. Ən çətini o bir addım idi. Həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım. Özümü qəhrəman kimi hiss edirdim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 26 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















