Icma.az
close
up
RU
Статья не опубликована
“Ən böyük yaltaq Əlisanın özüdür, gündəm üçün dədələrini də satarlar” AYB sədri

“Ən böyük yaltaq Əlisanın özüdür, gündəm üçün dədələrini də satarlar” AYB sədri

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir".

Bunu Musavat.com-a açıqlamasında Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. O, Xalq şairi ilə bağlı Əlisa Nicatın dediklərinə etiraz edib:

“Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfü adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq? Səməd Vurğunun oğulları yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar. Səməd Vurğun şöhrətli adamdır. Bilirlər ki, onun adını çəkib, 2 gün gündəmdə olacaqlar. Gündəmdə olmaq üçün təkcə Səməd Vurğunu yox, elə dədələrini də satarlar”.

Yazıçı Əlisa Nicata təqaüd verilməsindən də söz açıb:

“Əlisa Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Əvvəlcə gəlib yalvarırlar, deyirlər, ehtiyacım var və s. Sonra da məlum olur ki, ehtiyacları da yoxdur. Tonlarla kitablarını nəşr edirlər. Əlisa təqaüdü alandan sonra deyir ki, Yazıçılar İttifaqı lazımsızdır. Əgər lazımsızdırsa, gəl üzvlükdən çıx da”.

Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb:

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb.

Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.

Daha sonra sözlərinə belə davam edib: “Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.

Yazıçının S.Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Fevral 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri