“Ryanair” rüsumlara görə “Boeing” təyyarələrinin alınmasını təxirə sala bilər
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Avropanın ən böyük loukosteri olan “Ryanair” aviaşirkəti ABŞ-nin “Boeing Co.” şirkətinin təyyarələrinin idxal rüsumları səbəbindən bahalaşacağı təqdirdə onların alınmasını təxirə sala bilər.
Avtosfer.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maykl O'Liri “Financial Times”a (FT) müsahibəsində bildirib.
"Əgər bu təyyarələrə rüsumlar tətbiq edilərsə, bizim tədarükü təxirə salmaq ehtimalımız böyükdür", - o qeyd edib.
“Ryanair” “Boeing”dən 25 təyyarənin alınması üçün sifariş verib. Tədarüklərin bu ilin avqustunda başlaması planlaşdırılır, lakin şirkət idxalı 2026-cı ilin mart və ya aprel ayına qədər təxirə sala bilər.
FT-nin qeyd etdiyi kimi, rüsumlarla bağlı vəziyyət 1979-cu ildən bəri xarici ticarət maneələri olmadan mövcud olan təyyarə istehsalı sektoru üçün qeyri-adi haldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Aprel 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















