Icma.az
close
up
RU
Ən çox bu avtomobil markaları qəfil alışır Çin maşınlarının adı çıxıb

Ən çox bu avtomobil markaları qəfil alışır Çin maşınlarının adı çıxıb

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son günlər yollarda avtomobillərin qəfil alışması ilə bağlı videogörüntülər sürücülərin narahatlığına səbəb olub. Xüsusilə uzaq yollara çıxan, şəhərin sıxlığında tıxacda qalıb bununla da mühərriki qızdıran avtomobil sahibləri bu hadisələrin səbəblərini axtarırlar. Əslində, bu, yeni yaranmış problem deyil, həm ənənəvi avtomobillərdə, həm də hibrid və elektrik avtomobillərində yanğın riski həmişə mövcud olub. Lakin son aylarda yanma hadisələrinin artması diqqəti bu mövzuya yenidən yönəldib.

Avtosfer.az xəbər verir ki, avtomobil üzrə mütəxəssis Nəzər Abbasov məsələni Bizim.Media-ya belə izah etdi ki, istər təzə, istərsə də köhnə avtomobillərdə bənzər hadisələr yaşana bilər. Əsasən elektrik naqillərindəki qısaqapanmadan alışma yaranır:

“Xüsusən də sonradan quraşdırılmış siqnalizasiya, audio sistem, arxa kamera bu cür hadisələrə səbəb olur. Bəzi avtomobil modelləri ümumiyyətlə orijinal olmayan heç bir detal qəbul etmir. Orijinal əlavələr də baha olduğu üçün Çin istehsalı detallara üstünlük verilir, nəticədə belə kontakt problemləri yaranır”.

Mütəxəssis etiraf edir ki, səbəb tək bu deyil. Benzin və ya dizelin mühərrikin isti hissələrinə düşməsi, mühərrikin və katalizatorun həddindən artıq qızması, soyutma sisteminin nasazlığı da alışmaya gətirib çıxara bilər. N.Abbasov ənənəvi modellərlə yanaşı hibrid və elektrik avtomobillərində də bu problemlərin sıx-sıx yarandığını deyir. Batareya problemləri, daxili qısaqapanma, həddindən artıq yüklənmə yeni sinif avtomobillərdə alışma yarada bilər.

Daha çox hansı avtomobillərin risk altında olduğuna gəlincə isə mütəxəssis bildirir ki, son günlər əvvəlki modellərlə bağlı yanma görüntüləri Çin maşınları haqqındakı stereotipləri dağıtdı:

“Çin avtomobillərinin ölkəyə kütləvi gətirilməsindən sonra ilk başda ustalarının və detallarının az tapılan olması onlar haqqında xeyli xoşagəlməz müzakirələr yaratdı. Amma görünən odur ki, indi Çin maşınları qalıb bir yana, etibarlı modellərin maşınları alışır. Son günlər Mersedes-Benz, Hyundai, Toyota, Ford kimi özünü təsdiqləmiş markaların maşınlarının alışması onu göstərir ki, deməli problem əslində modeldə yox, ona olunan müdaxilədə və avtomobilə vaxtlı-vaxtında qulluq etməməkdədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 İyun 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri