Ən çox qazanan futbolçular Siyahı
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2026/2027 mövsümündə dünyanın ən çox qazanan futbolçusu olacaq.
QOL.az xəbər verir ki, “Forbes” nəşri dünyanın ən çox gəlir əldə edən futbolçularının siyahısını hazırlayıb.
41 yaşlı portuqaliyalının ümumi gəliri 300 milyon dollar təşkil edəcək. Bu, siyahıda ikinci olan Lionel Messinin gözlənilən gəlirindən iki dəfədən çoxdur.
Hesablamalara futbolçuların klublarından aldıqları maaş və digər ödənişlər, eləcə də futboldan kənar gəlirləri daxildir. Ronaldonun “Əl-Nəsr”dən 250 milyon dollar, digər fəaliyyətlərindən isə 50 milyon dollar qazanacağı gözlənilir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi 145 milyon dollarla ikinci, “Real”ın forvardı Kilian Mbappe isə 100 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
“Forbes”in 2026/2027 mövsümü üçün dünyanın ən çox qazanan futbolçularının ilk onluğu belədir:
Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar (250 milyon klubdan, 50 milyon digər gəlirlərdən)
Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar (70+75 milyon)
Kilian Mbappe (“Real”) – 100 milyon dollar (70+30 milyon)
Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar (60+25 milyon)
Vinisius Junior (“Real”) – 76 milyon dollar (48+28 milyon)
Lamin Yamal (“Barselona”) – 55 milyon dollar (35+20 milyon)
Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50+4 milyon)
Cud Bellingem (“Real”) – 45 milyon dollar (29+16 milyon)
Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (29+13 milyon)
Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20 milyon)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















