Ən çox qəlb qıran bürclər kimlər emosiyalara daha sərt yanaşır?
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Astroloji yanaşmalara görə, bəzi bürclər münasibətlərdə daha sərt davranışları və emosional məsafə saxlamaları ilə seçilir. Bu xüsusiyyətlər isə qarşı tərəfin qəlbinin qırılmasına səbəb ola bilər.
Məlumata əsasən, Qoç bürcü tez qərar verməsi və emosiyaları açıq şəkildə idarə edə bilməməsi ilə diqqət çəkir. Bu isə bəzən düşünülməmiş söz və davranışlara gətirib çıxarır.
Əkizlər bürcü isə dəyişkən xarakteri ilə tanınır. Onların tez fikrini dəyişməsi və münasibətlərdə sabit qalmaması qarşı tərəfdə məyusluq yarada bilər.
Əqrəb bürcü emosional baxımdan dərin olsa da, incikliyi uzun müddət unutmadığı üçün sərt reaksiya verə bilir. Bu da münasibətlərdə kəskin qırılmalara səbəb olur.
Oğlaq bürcü isə daha çox məntiqə üstünlük verir. Emosiyaları arxa plana keçirməsi bəzən soyuq və laqeyd təsir bağışlayır.
Mütəxəssislər qeyd edir ki, bu xüsusiyyətlər ümumi xarakter daşıyır və hər bir insanın davranışı fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:336
Bu xəbər 26 Aprel 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















