Ən çox raketə sahib ölkələr! Türkiyə qlobal gücləri geridə qoyur
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən dərc edilən məlumatlar ballistik raket imkanlarına malik ölkələrin inventarını açıqlayır.
Turkustan.az xəbər verir ki, siyahıda təxminən 3100 raketlə Çin, 1400 raketlə Rusiya və 1300 ballistik raketlə ABŞ-ın ardınca gəlir.
Şimali Koreyanın təxminən 1000, İsrailin 850 və İranın isə 800 ballistik raketə sahib olduğu təxmin edilir. 322 raketə malik Türkiyə də bu sahədə seçilən ölkələr arasındadır.
Siyahıda həmçinin Cənubi Koreya və Misirin hər birində təxminən 190, Yunanıstanın 165, Pakistanın 126 və Belarusun 98 ballistik raketə sahib olduğu göstərilir. Hindistanın 80, Birləşmiş Krallıq və Fransanın hər birində 64, Səudiyyə Ərəbistanının isə 40 ballistik raketi var.
Daha az ehtiyata malik ölkələr arasında Vyetnam (24), İraq və Yəmən (hər biri 18), Rumıniya, Türkmənistan və Ermənistan (hər biri 16); Bəhreyn (9), Birləşmiş Ərəb Əmirlikləri və Slovakiya (hər biri 6), Azərbaycan (4) və Liviya (3) var.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:332
Bu xəbər 07 Mart 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















