Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən hər ay mütəmadi olaraq, müştərilər tərəfindən ən çox şikayət olunan bankların siyahısı dərc olunur. Sözügedən siyahıda şikayət indeksi ən yüksək olan 3 bank “qırmızı zolaq”da yer alır.
Bəs görəsən, şikayət indeksi yuxarı olan bankları qanunvericiliklə hansı cəza yaxud sanksiya gözləyir?
KONKRET.az-ın xəbərinə görə, mövzu ilə bağlı Mərkəzi Bankdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, banklar tərəfindən istehlakçıların hüquqlarının pozulması halları müəyyən edildikdə, banka qarşı müvafiq nəzarət tədbirləri görülür:
“Mərkəzi Bankının mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir. Mərkəzi Bankda maliyyə xidmətləri istehlakçılarının müraciətlərin araşdırılması zamanı banklar tərəfindən istehlakçıların hüquqlarının pozulması halları müəyyən edildikdə, banka qarşı müvafiq nəzarət tədbirləri tətbiq edilir”.
Həmçinin qeyd olunub ki, Mərkəzi Banka daxil olan şikayətlər əsasında indeksin açıqlanması banklar üçün şikayətlərin vaxtında və effektiv həll olunması istiqamətində təşviqedici rol oynamaqdadır:
“Bununla yanaşı, Mərkəzi Bank tərəfindən səyyar qəbulların təşkili, eləcə də maliyyə sektoru nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi yolu ilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məsələlərinin daim diqqət mərkəzində saxlanılması bankların nəzərinə çatdırılır. Mərkəzi Banka daxil olan şikayətlər əsasında indeksin formalaşdırılmasını nəzərə alaraq, indeksin açıqlanması banklar üçün şikayətlərin vaxtında və effektiv həll olunması istiqamətində təşviqedici rol oynayır. Bununla da, sözügedən mexanizm maliyyə sektorunda müştəri məmnuniyyətinin yüksəldilməsinə və maliyyə xidmətlərinin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına xidmət edir”.
Qeyd edək ki, ötən ilin dekabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan banklar sırasında 6,00 indeksi ilə “BTB” Bank birincidir. “Yelo Bank” 2,19 indeksi ilə siyahıda ikinci, “Bank of Baku” isə 1,63 indeksi ilə üçüncü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















