Icma.az
close
up
RU
Ən çox xəyanət edən 5 bürcün KİŞİLƏRİ SİYAHI

Ən çox xəyanət edən 5 bürcün KİŞİLƏRİ SİYAHI

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan münasibətlərində ən ağır travmalardan biri xəyanətdir. Sevgidə və evlilikdə bu xəyanətin zərbəsi bəzən illərlə sağalmır. Xüsusilə kişilərin xəyanəti ilə bağlı suallar uzun illərdir cəmiyyətin diqqətindədir. Kimi bunu psixoloji səbəblərlə, kimi həyat tərzi ilə, kimi də tərbiyə ilə əlaqələndirir. Lakin astroloqlar bu məsələyə fərqli yanaşır: onların fikrincə, bəzən bir insanın xəyanətə meyilli olub-olmaması ulduzların düzülüşü ilə – daha dəqiq desək, bürcü ilə sıx bağlıdır.

Yenisabah.az xəyanətə ən çox meyil göstərən 5 bürcü təqdim edir:

ƏQRƏB

Əqrəb kişiləri ehtiraslı, cazibədar və çox güclü emosional auraları ilə tanınır. Onlar bir münasibətə tam girsələr belə, iç dünyalarında daim sirr saxlayır, hətta ən yaxın insanlarına belə hər şeylərini açmırlar. Bu bürcün kişiləri xəyanəti nadir hallarda hisslərə görə edir – onlar üçün xəyanət bir növ gizli oyundur. Şərq astroloqları bildirir ki, Əqrəb kişisi münasibətindən nə qədər razı olsa da, ehtirasına uduzub xəyanət edə bilər. Üstəlik, bunu o qədər ustalıqla gizlədirlər ki, qarşı tərəf illərlə bundan xəbərsiz qala bilər.

ƏKİZLƏR

Əkizlər kişisi dəyişkən və zəkalıdır. Maraqlı danışır, sürətlə düşünür və ani qərarlar verir. Bu dəyişkənlik isə münasibətlərdə özünü xəyanət formasında göstərə bilir. Onlar üçün bir insana bağlanmaq çətindir, çünki daim yeni təəssüratlara və təzə emosiyalara ehtiyac duyurlar. Şərq astroloqlarına görə, Əkizlər bürcündə doğulan kişilər ən çox zəka və yenilik axtarışı səbəbilə xəyanət edir. Onlar bir qadınla fiziki yox, emosional bağlarını itirəndə başqasına yönəlirlər. Bəzən paralel münasibətlər onlar üçün həyat tərzinə çevrilə bilər.

OXATAN

Oxatan bürcü kişiləri sərbəstliyi və macəra hissini hər şeydən üstün tutur. Şərq astroloqlarının fikrincə, bu bürc kişiləri üçün bir münasibətdə uzunmüddətli bağlılıq çətin bir sınaqdır. Onlar azadlıqdan imtina etmədikləri üçün nə qədər sevsələr də, qadağalar və məhdudiyyətlər onları uzaqlaşdıra bilər. Bu bürcün kişisi adətən qərarsız və sərhəd tanımayan münasibətlərə üstünlük verir. Xəyanət etmələri isə bəzən sadəcə "həyatın axarına buraxılmış bir addım" kimi qiymətləndirilir. Bəzən heç özləri də bunun xəyanət olduğunu qəbul etmirlər.

QOÇ

Qoç kişiləri enerjili, lider ruhlu və ehtiraslıdır. Onlar bir münasibətə tam güclə başlayır, amma istədiklərinə çatdıqdan sonra maraqları tez sönə bilər. Şərq astroloqları deyir ki, Qoç kişisinin emosional sədaqəti zəifdir, daha çox ilk təəssürat və ovlanma hissi ilə yaşayır. Hədəfə çatandan sonra marağını itirə bilər. Bu da onu yeni münasibətlərə və bəzən xəyanətə aparır. Əgər qarşısındakı qadın onu daim maraqlandırmırsa, Qoç kişisi münasibətdən çıxmadan başqasına yönələ bilər.

TƏRƏZİ

Tərəzi kişisi təbii cazibəsi və incə davranışları ilə tanınır. Onlar üçün münasibət gözəllik və harmoniya üzərində qurulmalıdır. Lakin paradoks ondadır ki, bu harmoniya pozulduqda Tərəzi kişisi balansı bərpa etmək üçün başqa bir münasibətə yönələ bilər – yəni paralel münasibətlər qurmaqdan çəkinməz. Şərq astroloqları bildirir ki, estetik və duyğusal balans pozularsa, Tərəzi kişisi gözəllik və diqqət axtarışına çıxar. Onların xəyanəti bəzən emosional, bəzən də sadəcə vizual maraq üzərində qurulur. Lakin onlar bunu adətən "eşq oyunu" kimi təqdim edir və özlərini haqlı hesab edirlər.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri