Ən nadir 5 pişik cinsi Çoxları onlar haqqında ilk dəfə eşidirlər
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pişiklər aləmi həqiqətən də heyrətamizdir. Burada elə unikal cinslər var ki, onların mövcudluğundan bir çoxları xəbərsizdir.
Lent.az həmin nadir cinslər barədə xəbər veirr.
Layko (Lykoi)
Bu pişiklər cəmi bir baxışla tanınır. Qıvrılmış qulaqları və canavarabənzər sifətləri onlara “pişik–canavar”, hətta “oboroten pişik” ləqəbini qazandırıb. Xarici görünüşləri hırçın olsa da, laykolar sahiblərinə dərindən bağlanır və çox sadiqdirlər.
Çauzi (Chausie)
Çauzi yabanı qamış pişiyi ilə abissin pişiyinin hibrididir. Nəticədə balaca risi xatırladan iri, enerjili və həddindən artıq maraqlı pişik cinsi yaranıb. Onlar aktiv həyat tərzini sevir və çox diqqət tələb edir.
Toyger
Toygərin üzünə baxanda sanki miniatür bir pələng görürsünüz. Xüsusi zolaqlı rəng, güclü bədən quruluşu, dostcanlı xarakter və uşaqlara sevgi bu cinsin əsas xüsusiyyətləridir. Həm xarakter, həm də görünüş baxımından çox təsirli pişiklərdir.
OciCat (Oçiket)
Oçiket tamamilə ev pişiyidir, lakin ləkəli kürkü səbəbindən yabanı pişikləri xatırladır. Çox ağıllıdır, komandaları asanlıqla öyrənir və oyunları xoşlayır. Aktiv ailələr üçün əla ev heyvanıdır.
Peterbald
Peterbald Sankt-Peterburq mənşəli zərif və zövqlü görünüşlü pişikdir. Tam tüksüz ola bilər və ya qısa, məxməri tüklərə sahib ola bilər. Bu cins yüksək intellekti, mehriban və insansevər davranışı ilə seçilir sahiblərini tək buraxmağı sevmirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















